ADNSU ilə Alban ali təhsil müəssisəsi arasında perspektiv imkanlar müzakirə edilib

ADNSU ilə Alban ali təhsil müəssisəsi arasında perspektiv imkanlar müzakirə edilib
SOSİAL
17:05 10.06.2025
803
İyunun 10-da Albaniyanın "Aleksander Moisiu” Universitetinin rektoru, professor Şkelqim Fortuzi Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) rəsmi səfərdə olub.
AZXEBER.COM xəbər verir ki, səfər çərçivəsində professor Fortuzi ADNSU-nun rektoru, dosent Rüfət Əzizovla görüşüb. Görüş zamanı tərəflər iki universitet arasında təhsil və elmi sahələrdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər. Gələcəkdə tələbə və müəllim mübadiləsi, birgə elmi-tədqiqat layihələrinin həyata keçirilməsi və digər qarşılıqlı əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.
Dosent Rüfət Əzizov qonaqları salamlayaraq universitetin tarixi, müasir təhsil imkanları və beynəlxalq əməkdaşlıq strategiyası barədə məlumat verib. Professor Şkelqim Fortuzi isə ADNSU ilə əməkdaşlığa başlayan ilk Alban ali təhsil müəssisəsi olan "Aleksander Moisiu” Universiteti haqqında ətraflı məlumat verib. O, iki təhsil müəssisəsi arasında yeni əməkdaşlıq imkanlarının formalaşmasını mühüm addim kimi səciyyələndirib. 
Görüşdə mümkün əməkdaşlıq imkanlarını müzakirə edildikdən sonra tərəflər arasında memorandum imzalanıb.
Səfər çərçivəsində qonaq rektor və "Aleksander Moisiu” Universitetinin Layihələr və Xarici Əlaqələr şöbəsinin direktoru Bledar Kurti ilə ADNSU-nun beynəlxalq əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova və şöbənin əmədaşları ilə birlikdə dəyirmi masa ətrafında əməkdaşlıqdan irəli gələn məsələlərin icrası ilə bağlı fikir mübadiləsi aparılıb.
Sonda qonaqlar ADNSU-nun Tarix və Mineralogiya muzeyi, kompüter otaqları və laboratoriyaları ilə tanış olub, universitetin maddi-texniki bazası və təhsil infrastrukturu barədə geniş məlumat alıblar.

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
15:29 30.10.2026
Azər Türk Bank atb360 tətbiqini yenilədi: Ailə bankçılığı və yeni rəqəmsal imkanlar
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
15:11 30.10.2026
Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
15:10 30.10.2026
Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri nə deməkdir?
Şəhid anası vəfat etdi
14:49 30.10.2026
Şəhid anası vəfat etdi
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
14:43 30.10.2026
Həftəsonu bürcləri nələr gözləyir? - 3 bürcə xoş xəbər var
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
14:40 30.10.2026
Uşaq bağçasında azyaşlıya qarşı fiziki zorakılıqla bağlı cinayət işi açıldı
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
14:22 30.10.2026
Qaxda silsilə oğurluqlar edən şəxs saxlanılıb
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
14:16 30.10.2026
Arıqlama iynələri və saxta dərmanlar: Sağlamlığınızı riskə atmayın!
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
13:55 30.10.2026
“Şuşa nümunəsi göstərir ki, Ankara da zaman-zaman…” - Deputat
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
13:54 30.10.2026
“Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək” - Deputat
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
13:53 30.10.2026
“Hərə öz işi ilə məşğul olsun” – Bakı sakinlərindən xarici qüvvələrə cavab – VİDEOSORĞU
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
13:38 30.10.2026
Bələdiyyədən torpaq alanlar çıxarış ala biləcək? – AÇIQLAMA
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
13:23 30.10.2026
Noyabrda hava kəskin dəyişəcək - Xəbərdarlıq edildi
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
13:18 30.10.2026
​“Niyə Ağdamda mənə ev düşmür?” dedi - Sahibə Qafarova etiraz etdi
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
13:02 30.10.2026
Bu ölkələrdə Ombudsman vəzifəsini qadınlar icra edir – SİYAHI
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
12:53 30.10.2026
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?