ADNSU-nun növbəti beynəlxalq UĞURU

ADNSU-nun növbəti beynəlxalq UĞURU
SOSİAL
11:10 20.06.2025
457
İyunun 19-da dünyanın nüfuzlu ali təhsil qiymətləndirmə agentliklərindən biri olan Quacquarelli Symonds (QS) tərəfindən universitetlərin 2026-cı il üzrə reytinq sıralaması açıqlanıb.
 
AZXEBER.COM xəbər veirr ki, nəticələrə əsasən, "QS Dünya Universitetləri Reytinqi 2026”-da Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ötən illə müqayisədə əhəmiyyətli irəliləyiş göstərərək 851–900-cü sıralarda yer alıb. Qeyd edək ki, QS-nin 2025-ci il üçün açıqladığı reytinqdə ADNSU 1001–1200-cü sıralarda qərarlaşmışdı.

Builki irəliləyiş əsasən universitetin tədris keyfiyyətinin və beynəlxalq əlaqələrinin inkişafı ilə bağlıdır. Reytinq göstəricilərinin təhlili göstərir ki, ADNSU xüsusilə tədrisin keyfiyyətinə görə (tələbələrə dəstək, tələbə-müəllim münasibətinə görə) yüksək nəticə əldə edib. Belə ki, universitet bu göstəricidə 73.3 bal toplayaraq tələbələrə göstərilən akademik dəstəyin və tədris prosesinin yüksək səviyyədə olduğunu sübut edib.

Bundan əlavə, əcnəbi müəllim heyəti üzrə göstərici 46.8 bal, məzunların işlə təminatı üzrə göstərici isə 45.0 bal olub. Bu, ADNSU-nun beynəlxalq əmək bazarına inteqrasiya olunmuş məzunlar yetişdirdiyini və akademik heyətinin qlobal rəqabətə uyğunluğunu təsdiqləyir.

Bu nailiyyət təkcə ADNSU üçün deyil, bütövlükdə Azərbaycanın ali təhsil sistemi üçün də əlamətdar hadisədir. Belə ki, "QS Dünya Universitetləri Reytinqi 2026”da Azərbaycanın ümumilikdə 9 universiteti yer alıb. Bu isə əvvəlki illə müqayisədə 3 dəfə artım deməkdir. ADNSU bu reytinqdə ölkə üzrə 3-cü yeri paylaşaraq Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas ali təhsil müəssisələrindən biri kimi çıxış edir.

QS-in regional direktoru Sergey Xristolyubov da qeyd edib ki, Azərbaycanın ali təhsil sistemi bu nəticələrlə Cənubi Qafqaz regionunda lider mövqeyini bir daha təsdiqləyib. ADNSU isə bu uğurun ayrılmaz tərkib hissəsi kimi həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə etibarlı, müasir və strateji ali təhsil müəssisəsi statusunu bir daha sübut edib.

Onu da qeyd edək ki, QS Dünya Universitetləri Reytinqi üçün bu il 106 ölkədən 8467 universitet müraciət edib. Onlardan 2026-cı il reytinqində 1501 universitet yer alıb.

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
02:36 11.03.2026
Keniyada daşqın nəticəsində ölənlərin sayı 49-a çatıb
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
01:49 11.03.2026
Sağ zolaq boş olduğu halda sol ilə hərəkət edən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
01:12 11.03.2026
ABŞ İsraili İranın enerji və neft infrastrukturuna zərbə endirməkdən çəkinməyə çağırıb
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
00:22 11.03.2026
Bakının bu ərazisində piyadaların yolu rahat keçməsi üçün zolaq niyə çəkilmir? - VİDEO
"Qalatasaray" tarixi qələbə qazandı
00:08 11.03.2026
"Qalatasaray" tarixi qələbə qazandı
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
23:47 10.03.2026
Yaşı 60-dan yuxarı olan şəxslərin işdən çıxarılması qadağan edilir? - VİDEO
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
23:38 10.03.2026
BMT Baş katibi: Özünü müdafiə etmək İranın hüququdur
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
23:31 10.03.2026
KİV: ABŞ kəşfiyyatı İranın Hörmüz boğazını minaladığına dair məlumat alıb
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
23:21 10.03.2026
Taksidə üztanıma texnologiyası başqalarının profili ilə işləyənlərin qarşısını ala bilib? - VİDEO
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
23:14 10.03.2026
Zəfər Əliyev Avropa çempionatında bürünc medal əldə edib
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
23:12 10.03.2026
Paşinyan və Makron regiondakı vəziyyəti müzakirə etdi
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
23:06 10.03.2026
İranla müharibədə yaralanan ameirkalı hərbçilərin sayı açıqlandı
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
22:59 10.03.2026
Əziz Əlibəyli vəzifəsindən ayrıldı
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
22:54 10.03.2026
Məhkəmə Saakaşvili ilə bağlı hökmü qüvvədə saxlayıb
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
22:51 10.03.2026
İsrailin Livana zərbələri nəticəsində ölənlərin sayı 570-ə çatıb
Sabah bu ərazilərdə işıq olmayacaq
22:46 10.03.2026
Sabah bu ərazilərdə işıq olmayacaq