ADNSU-nun rektoru “Mükəmməllik” mükafatına layiq görüldü - FOTOLAR

ADNSU-nun rektoru “Mükəmməllik” mükafatına layiq görüldü - FOTOLAR
SOSİAL
10:29 12.12.2025
195

Dekabrın 11-də Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) ev sahibliyi ilə keçirilən "AICC CASPIAN 2025 – Aktivlərin Bütövlüyü, Koroziya və Örtüklər” konfransı uğurla başa çatıb.

AZXEBER.COM xəbər verir ki, təhsil və tədqiqat tərəfdaşı qismində tədbirdə iştirak edən Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) son gündə də fəallığı ilə seçilib. 

Konfrans çərçivəsində texnoloji bütövlük, rəqəmsal innovasiyalar və sənayedə risklərin idarə olunması üzrə aktual mövzular müzakirə olunub. Konfransın sonuncu günündə keçirilən panel müzakirələrindən biri universitetin Neft-qaz və kimya mühəndisliyi üzrə proqram rəhbəri Elnur Əlizadənin moderatorluğu ilə aparılıb. 

Konfransda həmçinin ADNSU-nun Elektrik-elektronika və sənaye mühəndisliyi üzrə proqram rəhbəri Mahmud İsmayılov "Xəzər Dənizi üçün Biomimetik Damcı Formalı Üzən Külək Platformasının Rəqəmsal ikili əsasında Bütövlüyünün İdarə Edilməsi” mövzusunda, ADNSU-nun dosenti Aysel Qasımzadə "Mikrobioloji və elektrokimyəvi korroziyaya qarşı yeni çoxfunksiyalı inhibitorun tədqiqi” mövzusunda və müəllim Aytən Məmmədova  "Neft sənayesində istismar olunan avadanlıqlar üçün funksionallaşdırılmış fenol-formaldehid kooliqomerləri əsasında antikorrozion örtük kompozisiyalarının işlənilməsi və tədqiqi” mövzusunda təqdimatla çıxış edib, tədqiqat nəticələrini paylaşaraq iştirakçıların suallarını cavablandırıblar.

Sərgi zalında ADNSU-nun stendinə gün ərzində iştirakçılar tərəfindən böyük maraq olub. Ziyarətçilərə universitetin tədris və tədqiqat imkanları, sənaye ilə əməkdaşlıq layihələri və beynəlxalq tərəfdaşlıqları haqqında ətraflı məlumat verilib. 

Konfransın ən yadda qalan anlarından biri isə iştirakçıların səsverməsi ilə ADNSU-nun rektoru, dosent Rüfət Əzizovun yadda qalan çıxışına görə "Aktivlərin Dürüstlüyü” nominasiyası üzrə "Mükəmməllik” mükafatına layiq görülməsi olub.

Qeyd edək ki, 3 gün davam edən konfransda 14 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Konfransda aktivlərin bütövlüyü, rəqəmsal innovasiyalar, sənayedə risklərin idarə olunması və müasir texnologiyalar mövzusunda panel müzakirələri və təqdimatlar keçirilib. ADNSU konfrans boyunca həm panel müzakirələrində həm də sərgi çərçivəsində ölkənin qabaqcıl ali təhsil müəssisəsi kimi fəal iştirakı ilə yadda qalıb.

 

 

 

 

 

 

 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
00:42 19.09.2026
Zidan Mbappe ilə bağlı qərarını açıqladı
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
00:38 19.09.2026
Hər kəsin istifadə etdiyi ağrıkəsici ilə bağlı - Xəbərdarlıq
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
00:27 19.09.2026
Bağça müəllimlərinin sertifikasiyası ilə bağlı TARİX açıqlandı
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
00:21 19.09.2026
İstanbulda Türk Dilli Jurnalistlərin VII Media Forumu keçirildi – Aqil Ələsgərin moderatorluğu ilə informasiya təhlükəsizliyi müzakirə olundu - FOTO - VİDEO
Bürclər bu günə nə deyir?
00:07 19.09.2026
Bürclər bu günə nə deyir?
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
23:49 18.09.2026
ABŞ-İran gərginliyi yenidən alovlanır: Tehrandan "100 faiz hazırıq" mesajı
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
23:38 18.09.2026
Gələn il bu müəllimlər sertifikasiyadan azad ediləcək - Agentlik direktoru
Qərarsız olan dörd bürc
23:29 18.09.2026
Qərarsız olan dörd bürc
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
23:12 18.09.2026
"Bunker müəllimlər" və şişirdilmiş qiymətlər: Azərbaycanda repetitorluq böhranı nədən xəbər verir?
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
23:04 18.09.2026
Saxta əlillik dərəcəsi verən həkimin məhkəməsində "povestka" paylayan danışdı
Yardımlıda açıq ərazidə yanğın olub - Video
22:53 18.09.2026
Yardımlıda açıq ərazidə yanğın olub - Video
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
22:37 18.09.2026
Onlar özlərini heç kimə sübut etməyə çalışmırlar - Ən güclü bürclər
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
22:16 18.09.2026
Sürücü parkinqi bağlamağı unutsa, nə baş verir? - AYNA-dan açıqlama
"Qarabağ" "Şəfa"nı məğlub etdi
22:09 18.09.2026
"Qarabağ" "Şəfa"nı məğlub etdi
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
21:53 18.09.2026
Bakıda parkda şüşə konstruksiyada yaranan çatlar insanlara təhlükədir? - VİDEO
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı
21:48 18.09.2026
Cəlilabadda sürücü yük maşınını təmir edərkən altında qaldı