ADSEA daha bir kəndi içməli su ilə təmin etdi

ADSEA daha bir kəndi içməli su ilə təmin etdi
SOSİAL
17:02 12.02.2026
466
Göyçayın İkinci Ərəbcəbirli kəndində içməli su təminatı yaxşılaşdırılıb.

AZXEBER.COM xəbər verir ki, bölgələrdə içməli su infrastrukturunun yaxşılaşdırılması istiqamətində işlər davam etdirilir. Bu tədbirlər çərçivəsində Göyçay rayonunun İkinci Ərəbcəbirli kəndində içməli su layihəsi icra olunub. Layihənin başa çatması münasibətilə kənddə açılış mərasimi keçirilib.

Açılış mərasimində Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədrinin birinci müavini Xəyyam Məmmədov, Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Orxan Mürsəlov, Milli Məclisin deputatı Sabir Hacıyev, Agentliyin tabeliyində fəaliyyət göstərən Regional Su Meliorasiya Xidmətinin İdarə Heyətinin sədri Zakir Quliyev, Agentliyin nümayəndələri və kənd sakinləri iştirak ediblər.

Qeyd edək ki, İkinci Ərəbcəbirli kəndində 1384 nəfər əhali yaşayır. Kənd daxilində quraşdırılmış ictimai bulaqlar vasitəsilə əhalinin suya əlçatanlığı təmin edilirdi. Əhalinin mərkəzləşdirilmiş su təchizatının yaradılması məqsədilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Regional Su Meliorasiya Xidmətinin daxili imkanları hesabına kənd daxilində diametri 40 mm-dən 110 mm-dək müxtəlif ölçülü 8,5 km uzunluğunda su şəbəkəsi çəkilib. Sudan səmərəli istifadənin təmin edilməsi, su itkilərinin azaldılması və suyun uçotunun təkmilləşdirilməsi məqsədilə hər bir abonentə məxsus fərdi yaşayış evlərinin girişində ümumilikdə 300 ədəd su sayğacı quraşdırılıb. Bununla da kənd əhalisinin mərkəzləşdirilmiş su təchizatı dayanıqlı su mənbəyi olan Göyçay şəhərinin mövcud su infrastrukturuna qoşulmaqla təmin edilib.

Hazırda Göyçay rayonunda ümumilikdə 23 kənd yaşayış məntəqəsinə su təchizatı xidməti göstərilir. Bununla yanaşı, 18 kəndə modul tipli su təmizləyici qurğular vasitəsilə xidmət olunur. Göyçay rayonu üzrə xidmət göstərilən abonentlərin sayı 11 958 təşkil edir. 

İcra olunan layihə "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair Milli Strategiya”nın hədəf və məqsədlərinə nail olunması üçün tədbirlər proqramı çərçivəsində həyata keçirilib.

Layihənin davamı olaraq cari ildə Göyçay rayonunun Müskürlü kəndində də mərkəzləşdirilmiş su təchizatı sisteminin yaradılması işlərinə başlanılacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
19:18 26.07.2026
Bakıda bu tarixdə hava dəyişir - Temperatur 3-4 dərəcə enəcək
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
19:04 26.07.2026
Dənizə girməyin, bina və reklam lövhələrindən uzaq durun! - XƏBƏRDARLIQ
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb