AEBA: Zaporojye AES-in yaxınlığındakı binaya dron zərbəsi endirilib

AEBA: Zaporojye AES-in yaxınlığındakı binaya dron zərbəsi endirilib
DÜNYA
18:40 27.04.2026
222
Bu səhər Zaporojye Atom Elektrik Stansiyasının yaxınlığında yerləşən nəqliyyat emalatxanasına dron zərbəsi endirilib, nəticədə sürücü həlak olub.

Bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) məlumat yayıb.

"Atom elektrik stansiyalarına və ya onların yaxınlığına zərbələr nüvə təhlükəsizliyini təhdid edə bilər. Belə hallar baş verməməlidir”, – AEBA-nın baş direktoru Rafael Qrossi bildirib.

Agentliyin "X” sosial şəbəkəsində yayılan məlumata görə, stansiyada daimi fəaliyyət göstərən komanda hadisəni araşdıracaq və vəziyyəti izləməyə davam edəcək.
OXŞAR XƏBƏRLƏR