Qış mövsümü yaxınlaşdıqca qarderobu yeniləmək istəyənlərin diqqəti yeni dəb trendlərinə yönəlir. 2026-2027-ci ilin payız-qış kolleksiyalarında rahatlıq, zəriflik və fərqli detallarla seçilən geyimlər ön plana çıxır.
Bu mövsüm xüsusilə iri ölçülü paltolar, süni xəz, damalı naxışlar və qalın toxumalı parçalar dəbdə olacaq.
"Vogue” nəşrinin payız-qış kolleksiyalarına dair icmalında bu mövsümün əsas istiqamətləri sırasında klassik geyimlərin müasir formada təqdim olunması, fərqli siluetlər və diqqətçəkən detallar yer alıb.
İri ölçülü paltolar yenidən gündəmdə
Bu qışın əsas geyimlərindən biri geniş biçimli, uzun və həcmli paltolar olacaq. Belə modellər həm gündəlik, həm də daha klassik geyimlərlə uyğunlaşdırıla bilər. Xüsusilə yun və qalın toxumalı parçadan hazırlanan modellər diqqət çəkir.
Süni xəz və yumşaq toxumalar
Süni xəz detalları, tüklü gödəkçələr və yumşaq teksturalı üst geyimlər mövsümün seçilən trendlərindəndir. Bu cür geyimlər sadə kombinlərə daha fərqli görünüş qazandırır.
Damalı naxışlar dəbdə qalır
Damalı paltolar, ətəklər və şalvarlar bu mövsüm də aktuallığını qoruyur. Klassik görünüş sevənlər üçün bu naxışlar həm gündəlik, həm də iş geyimlərində istifadə oluna bilər.
Qəhvəyi və tünd çalarlar ön planda
Qara rənglə yanaşı, şokolad qəhvəyisi, tünd yaşıl, bordo və bənövşəyi çalarlar da qış qarderobunda özünə yer tapacaq. Daha cəsarətli görünüş istəyənlər isə parlaq qırmızı və kobalt mavisi kimi rənglərə üstünlük verə bilərlər.
Şərf detallı paltolar və yüksək yaxalı modellər
Bu mövsüm şərflə birləşdirilmiş paltolar da diqqət çəkir. Belə modellər həm praktik, həm də zərif görünüş yaradır. Yüksək yaxalı üst geyimlər isə soyuq və küləkli havalarda rahat seçim hesab olunur.
Ümumilikdə, 2026-2027-ci ilin qış dəbində əsas məqsəd yalnız trendləri izləmək deyil, rahatlığı və fərdi üslubu qorumaqdır. Bir neçə düzgün seçilmiş geyimlə həm dəbli, həm də gündəlik istifadə üçün uyğun qarderob yaratmaq mümkündür.
///sfera.az











































