Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq

Sabah Azərbaycanın üç rayonunda işıq olmayacaq
SOSİAL
00:06 03.11.2026
157
Sabah Ağdaş, Yevlax və Mingəçevir Elektrik Şəbəkələrinin (EŞ) xidməti ərazilərində təmir işləri aparılacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.

Bildirilib ki, Ağdaşda 10 kV-luq bir sıra hava xəttində görüləcək təmir işləri ilə əlaqədar saat 10:00-dan 14:00-dək Binələr, Cücük, Davudlu, Gürcüva, Malay, Maşad, Pirəyir kəndlərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.

Yevlaxda 10 kV-luq "Nasos" hava xəttində həyata keçiriləcək təmir işləri zamanı Aşağı Qarxun və Yuxarı Qarxun kəndlərində saat 10:00-dan 15:00-dək enerjinin verilişində fasilə yaranacaq. Həmçinin 10 kV-luq "Nemətabad" hava xəttində təmir işləri icra olunarkən planlı fasilə eyni saatlarda Xaldan, Qaraoğlan, Qəribli, Quşcu kəndlərini də əhatə edəcək.

Qeyd olunub ki, Mingəçevirdə 110/35/6 kV-luq "Karxana" yarımstansiyasından çıxan 6 kV-luq hava xəttində təmir işləri yerinə yetiriləcək. Həmçinin elektrik xəttinə toxunan ağaclar budanacaq. Beləliklə, saat 10:00-dan 15:00-dək 20 Yanvar, Müslüm Maqomayev və Sahil küçələrində enerjinin verilişi məhdudlaşdırılacaq.

Təmir işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.

OXŞAR XƏBƏRLƏR