Ukrayna NATO üçün neytral dövlət olmalıdır - Alman deputatlar

Ukrayna NATO üçün neytral dövlət olmalıdır - Alman deputatlar
DÜNYA
00:33 03.11.2026
149
Almaniyanın Bundestaqında təmsil olunan "Almaniya üçün Alternativ” (AfD) partiyasının xarici siyasət üzrə deputatları iki proqram sənədi təqdim ediblər. Sənədlərdə Ukraynaya yardımın dayandırılması, Rusiya ilə münasibətlərin bərpası və ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə praqmatik əməkdaşlığın gücləndirilməsi təklif olunur. Təqdimat Berlində keçirilib.

AZXEBER.COM modern.az-a xəbər verir ki, sənədləri fraksiyanın xarici siyasət üzrə nümayəndəsi Markus Frohnmaier, sədr müavini Ştefan Koyter və xarici əlaqələr üzrə işçi qrupunun sədr müavini Gerold Otten təqdim ediblər.

Almaniya-Rusiya münasibətlərinə dair sənəddə deputatlar "Şimal axını” qaz kəmərinin yenidən istifadəyə verilməsini və Rusiyadan ucuz qaz tədarükünün bərpasını tələb ediblər. Bundan başqa, Rusiyaya qarşı iqtisadi sanksiyaların ləğvi və Kiyevə hərbi yardımın dayandırılması təklif olunub.

Sənəd müəllifləri Ukraynadakı münaqişəni mümkün qədər tez başa çatdırılmalı olan faciə adlandırıb və sülh razılaşmasının münaqişə tərəflərinin təhlükəsizlik maraqlarını nəzərə almalı olduğunu bildiriblər.

Deputatların fikrincə, Ukrayna NATO və Avropa İttifaqına üzvlük perspektivi olmayan neytral dövlətə çevrilməlidir. Onlar Krım da daxil olmaqla, bütün ərazilərin geri qaytarılmasını qeyri-real hesab ediblər.

Eyni zamanda, deputatlar atəşkəs və ya sülh müqaviləsindən sonra Ukraynanın dövlət kimi mövcudluğunun və ərazisinin qalan hissəsinin təhlükəsizliyinin təmin edilməsini təklif ediblər. Bunun üçün mümkün qədər münaqişəyə cəlb olunmamış dövlətlərin qarant rolunda çıxış etməsi nəzərdə tutulur.

Qeyd edək ki, yeni sənəddə AfD fraksiyası 2022-ci ildə yaydığı və Rusiyanın hərəkətlərini pisləyən bəyanatları təkrarlamayıb.
OXŞAR XƏBƏRLƏR