AEGEE-Bakı İctimaiyyətlə Əlaqələr Komitəsi heyətinin seçiminə start verdi

GƏNCLİK
22:11 13.02.2012
2517
"Avropa Tələbələri Forumu Bakı" İctimai Birliyi yeni yaradılmış İctimaiyyətlə Əlaqələr Komitəsi (The Public Relations Committee) heyətinin seçiminə start verdi!
İctimaiyyətlə Əlaqələr Komitəsi ictimaiyyətlə əlaqələr və kommunikasiya sahələrində şəbəkəni dəstəkləmək üçün yaradılmış AEGEE-Bakının orqanıdır. PRC-nin missiyası AEGEE-Baki şəbəkəsi çərçivəsində yerinə yetirilən layihələrin görünüşünü və təsirini artırmaqdır. AEGEE-Baki İctimaiyyətlə Əlaqələr məsul şəxsi PRC-nin sədridir.
Heyətin seçimində aşağıdakı bacarıqlara üstünlük veriləcək:
*Press-reliz yazma bacarığı;
*Dizayn və ofis proqramlarında işləmə bacarığı;
*Komanda ilə işləmək bacarığı;
*Kreativlik;
*Məsuliyyətli;
*Dil bacarıqları (ingilis, fransız, rus və s.)
*Yeni media və sosial şəbəkələrdə işləmə bacarığı;
Ərizə formasını doldurmaq üçün aşağıdakı linkə daxil olun:
Müraciət üçün son tarix: 18.02.2012
Ərizəçilər müsahibə nəticəsində seçiləcək!
Elmar Quliyev
AEGEE-Baki PR responsible

OXŞAR XƏBƏRLƏR