Aeroport yolunda ağır yol qəzası baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün səhər saat 09.00 radələrində qeydə alınıb. İki “Mercedes” markalı maşın “BMW” markalı avtomobillə toqquşub. Nəticədə iki nəfər xəsarət alıb. Yaralılar 3 saylı Sabunçu şəhər Xəstəxanasına yerləşdiriliblər.
Xəstəxanadan bildirilib ki, yaralıların vəziyyəti orta-ağır qiymətləndirilir.//apa