Afaq Bəşirqızı pilləkəndən yıxılaraq ağır xəsarət aldı

HADİSƏ
16:41 08.01.2020
6147
Xalq artisti Afaq Bəşirqızı pilləkəndən yıxılaraq xəsarət alıb.

AZXEBER.COM Axşam.az-a istinadla xəbər verir ki, hadisə bir neçə gün əvvəl aktrisanın çalışdığı Akademik Musiqili Teatrda baş verib.

Aktrisa liftə daxil olan zaman əlini səhvən liftin yanındakı pilləkənin tutacağına atıb. O, 5-ci mərtəbədən 4-cü mərtəbəyə doğru yuvarlanıb. Hadisə nəticəsində sənətkar bərk xəsarət alıb, bir neçə nahiyədən əzilib.

Xəstəxanaya çatdırılan Xalq artisti hazırda ev şəraitində müalicəsini davam etdirir.
 

OXŞAR XƏBƏRLƏR

X Mostbet