Afaq Bəşirqızı: “Zeynəb Xanlarova dediyi sözlərin fərqinə varmadı”

Afaq Bəşirqızı: “Zeynəb Xanlarova dediyi sözlərin fərqinə varmadı”
TOP4
11:39 02.03.2019
17716
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər. Görüşdə xalq artisti Afaq Bəşirqızı prezidentdən aktyorların maaşının qaldırılmasını təklif edib: "canım Prezidentim, çox xahiş edirəm, imkansız aktyorların maaşı və bir də evlə təmin olunması məsələsinə diqqət yetirilsin. Aktyorlarımızın mənzil şəraiti və sosial vəziyyəti ağırdır, bilirsiniz ki, maaşlarımız azdır. Başa düşürük, indi bizim Sizdən heç nə tələb etməyə ixtiyarımız yoxdur. Çünki biz müharibə şəraitində yaşayan bir ölkəyik. Bunun hamısını bilirik və başa düşənlər bunu bilirlər. Amma çox xahiş edirik, teatr sahəsinin, Teatr Xadimləri İttifaqının inkişafı ilə bağlı yeni konsepsiya hazırlanmalı, yeni işlər görülməlidir. Çünki teatr xadimlərinin Teatr Xadimləri İttifaqına həqiqətən də çox böyük ehtiyacı var."

A.Bəşirqızının aktyorların maaşı ilə bağlı təklifi sosial şəbəkələrdə, həmkarları tərəfindən çox müsbət qarşılanıb və ciddi müzakirələrə səbəb olub. 

AZXEBER.COM xəbər verir ki, Afaq Bəşirqızı Unikal.org-a prezident və xanımı ilə keçirilən görüşdən danışıb.

"Vallah mənə söz verilməmişdi. Çıxışlarda şəxsi ambisiyalar çox idi. Ona görə, mikrafonu özümə tərəf çəkib danışdım. Ölkə başçısı və onun ailəsini çox sevirəm. Bilirəm ki, onların işləri çoxdur. Onu da bilirəm ki, onlara çox şeylər düzgün çatdırılmır. Ona görə, mikrafonu özümə tərəf çəkib, ürəkdən gələn sözlərimi cənab prezidentə və xanımına çatdırdım. Başa düşürsüz? Aktyorların sosial durumu hər zaman məni düşündürüb. Axı, Afaq Bəşirqızı tək deyil? Mən hər zaman demişəm, iki-üç nəfərə göstərilən qayğı ümumi teatra göstərilən qayğı demək deyil. Çünki "bir güllə bahar olmaz". Aktyor tək səhnədə heç nə edə bilməz. Aktyorun ətrafı olmalıdır. Hazırda aktyorlarımız çox pis vəziyətdədir". 

Afaq Bəşirqızı deyib ki, dünən axşam aktyorların maaşı ilə bağlı Mədəniyyət Nazirliyindən ona məlumat verildiyini də deyilib: "Mənə dünən axşam nazirlikdən zəng gəldi. Bildirildi ki, aktyorların maaşı 50 faizə qədər qaldırılması nəzərdə tutulur. Bu çox böyük dəstəkdir. Ölkə başçısının aktyorlarımıza, sənət adamlarımıza çox böyük dəstəyidir".

Xalq artisti həmçinin əlavə edib ki, təkcə aktyorların deyil, bu sahədə çalışan texniki heyyətin də maaşları qalxacaq: "Düzdür, maaşlar fərqli artır. Amma, ən azı 100-150 manat maaşlar artacaq. Mən yenə də deyirəm. Bütün məmurları başa düşürük. Müharibə şəraitində 5-10 nəfər incəsənət xadimini qorumaq mümkündür. Mən çıxışımda hamını qorumağı təklif elədim. Artıq o, imkansızlara da əl tutmağın vaxtı çatıbdır. Bəziləri orda təklif elədi ki, lazım deyil burada nə isə xahiş etmək, gəlin ancaq tərifləyək. Bu olmaz".

A.Bəşirqızı xalq artisti, Milli Məclisin deputatı Zeynəb Xanlarovanın sözügedən tədbirdə "yoldaşlardan xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən, inkişafından danışın" fikirlərini də şərh edib: "O dediyi sözün fərqinə varmadı. Yəni, dedi ki, bu qədər işlər görülür. Vətən gözəlləşir. Zeynəb xanım dedi ki, ancaq tərifləyin. Amma,  biz ancaq çox sağ ol deməklə öz təkliflərimizi bitmiş hesab etməməliyik. Hamı bilir ki, cənab prezident Azərbaycanın inkişafı üçün çox işlər görür. Amma, bu inkişafla yanaşı, təkliflərimizi də verməli, mövcud olan problemləri deməliyik". 
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
19:18 04.08.2026
Nyu-York metrosunda yanğın: 12 nəfər tüstüdən zəhərləndi
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
19:09 04.08.2026
UEFA-dan sarı vərəqə limiti ilə bağlı yeni qərar
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
18:55 04.08.2026
Husilər Səudiyyə Ərəbistanındakı hava limanına PUA zərbəsi endirdi
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
18:39 04.08.2026
Zelenski Rusiyaya qarşı yeni əməliyyatları təsdiqlədi
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
18:25 04.08.2026
"Reuters": İran Hörmüz boğazından keçən gəmilər üzərində nəzarəti gücləndirmək istəyir
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
18:10 04.08.2026
Ukrayna Rusiya ordusunun bir sıra obyektlərinə və körpülərə zərbələr endirib
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
17:56 04.08.2026
İraq neftini daşıyan tankerlər Hörmüz boğazından keçməyə başlayıb
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
17:47 04.08.2026
Dəfn müavinəti ilə bağlı RƏSMİ AÇIQLAMA
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
17:36 04.08.2026
Ötən ay 11 aptekdə nöqsan aşkarlanıb
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
17:25 04.08.2026
Azərbaycanda sürücüsüz nəqliyyat dövrü başlayır – Buna hazırıqmı?
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
17:11 04.08.2026
“Sərnişinlər əlavə 60 qəpik ziyana düşəcək” - Metroya alternativ avtobusların ödənişli olması narazılıq yaratdı
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
16:59 04.08.2026
Bu ölkə Azərbaycanda səfirlik açır - Tarix
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
16:48 04.08.2026
Telefonunuzu bir saniyədə təhlükəyə ata bilən QR kod tələsi - XƏBƏRDARLIQ
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
16:27 04.08.2026
Yeməkdən boğulma ölümə səbəb ola bilər: İlk yardım qaydaları
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
16:20 04.08.2026
Dövlət Proqramı qalibləri ilə görüş keçirildi
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub
16:12 04.08.2026
Bakıda metro təmiri sərnişinlərə əlavə xərc yaradacaq - Dünya təcrübəsində isə ödənişsiz olub