Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşını ad günü münasibəti ilə təbrik edib.
AZXEBER.COM axşam.az-a istinadən bildirir ki, aktrisa həyat yoldaşı ilə çəkilmiş şəklini sosial mediada yerləşdirərək yazıb:
"Bu gün sənin doğum günündür. 40 ildir mən bu günü sevə-sevə gözləyirəm. Ad günün mübarək, əzizim, ömür gün yoldaşım, həyat dostum, sirdaşım, arxalandığım dağım. Həmişə, hər an yanımda olasan. Sənsiz bir anım olmasın, Əhməd".