Millət vəkili Jalə Əliyevanın ideya müəllifi olduğu, Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsinə həsr olunan Vətənpərvərlik mövzusunda gənclərin 1-ci Ümumrespublika Teatr Festivalı davam edir.
Festivalla bağlı AZXEBER.COM portalı tanınmış yazıçı, əməkdar incəsənət xadimi Afaq Məsudun fikirlərini öyrənib. Tanınmış yazar festivalın gənclər üçün daha çox önəm daşıdığını söyləyib:“Bu mövzu nə qədər çox gündəmə gətirilsə bu bizim üçün yaxşıdır. Xüsusən də, sənət baxımından bu hisslər səhnələşdirilsə, insanlara canlı formada bu hisslər aşılansa düşünürəm ki, çox keçmədən vətənpərvərlik hisslərinin aşılanmasında böyük mərhələ qət etmiş olacağıq. Bu festivalın gənclər arasında keçirilməsini alqışlayıram. Özüm də bu festivalda məmnuniyyətlə iştirak etməyə hazıram. Bütün idarə heyətinə uğurlar arzu edirəm və hər kəsi bu böyük işə görə təbrik edirəm”.
Qeyd edək ki, Azərbaycan teatr tarixində ilk dəfə gənclər arasında Mübariz İbrahimovun xatirəsinə həsr olunmuş vətənpərvərlik mövzusunda teatr festivalına start verilib. Layihə Gənclər və İdman Nazirliyinin və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə icra olunur.Festivalı “Sağlam Düşüncə” Gənclər Təşkilatı həyata keçirir.
Əfsələddin AĞALAROV