Afət də Elgizdən ayrıldı...

Afət də Elgizdən ayrıldı...
MEDIA
17:22 12.05.2015
5743
ANS TV-nin "Adam içində" layihəsində Elgiz Əkbərlə çiyin-çiyinə çalışan Afət Rahilqızı bundan sonra Xoşqədəm Hidayətqızı ilə efirə çıxacaq.
ANS PRESS-in məlumatına görə, Rahilqızı bundan sonra "Sən tək deyilsən" verilişində çalışacaq.
Tanınmış telejurnalist "Adam içində"də olduğu kimi tamaşaçılarla ünsiyyət quracaq və çəkilişlər aparacaq.
"Elgizlə əvvəlki kimi dost qalırıq, amma mən bir ANS-çiyəm, harada lazımamsa orada olacam" - deyə, Afət Rahilqızı bildirdi.
Xoşqədəm Hidayətqızı həftə içi hər gün 16:20-dən 19.00-dək "Sən tək deyilsən" layihəsi ilə birbaşa yayımda efirdə olacaq. Teleaparıcının "Xoşqədəmlə axtarıram səni" verilişi isə adəti üzrə hər bazar günü 21.40-da yayımlanacaq.
OXŞAR XƏBƏRLƏR