AFFA binasında "razborka"

Bütün Xəbərlər
19:56 24.11.2010
2019

 

 

Orucəli Durmuşovun FİFA referisi Elçin Məmmədova AZAL - "Qarabağ" oyunundakı idarəçiliyinə görə yazdığı qiymət müəyyənləşib. Fanat.az-ın əldə etdiyi məlumata görə, hakim-inspektor referiyə 7,5 bal qiymət yazıb. Durmuşov Məmmədova aşağı qiymət verməsini penalti epizodu ilə əlaqələndirib. Belə ki, hesab 0:0 olarkən "Qarabağ"ın oyunçusu cərimə meydançasında rəqib futbolçunu yıxsa da, referi bunu penalti olaraq yox, simulyasiya kimi dəyərləndirmişdi. Durmuşov da bu səbəbdən ona 7,5 bal qiymət verib.

AFFA-dakı mənbədən Fanat.az-a verilən məlumata görə, Durmuşovun Məmmədova aşağı qiymət verməsi Hakimər Komitəsinin sədri Xaqani Məmmədovla Hakim-İnspektorlar Komitəsinin rəhbəri Gülağa Cabbarov arasında mübahisəyə səbəb olub. Belə ki, Hakimlər Komitəsinin sədri Durmuşovun referiyə 8,1 bal verməsinin mümkün olduğunu deyib. Cabbarov isə hakim-inspektoru müdafiə edərək, Elçin bəyin 7,5 bala layiq olduğunu bildirib. Uzun müddətdir küsülü olan komitə sədrləri bu səbəbdən iclasda mübahisə edib.

Qeyd edək ki, Durmuşov AZAL - "Qarabağ" oyunundan bir gün öncə Fanat.az-a açıqlamasında Məmmədovu "moşennik" adlandırmışdı.

OXŞAR XƏBƏRLƏR