AFFA-dan qərar: "Araz-Naxçıvan"ın qələbəsi ləğv edildi

AFFA-dan qərar: "Araz-Naxçıvan"ın qələbəsi ləğv edildi
İDMAN
17:13 18.05.2022
376
 Region Liqasının yarımfinalında "Xan Lənkəran"a qalib gələrək finala vəsiqə qazanan "Araz Naxçıvan" klubuna texniki məğlubiyyət verilib.

 

AZXEBER.COM xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

Qərarda deyilir: 
 
15.05.2022-ci il tarixində Region Liqasının "Xan Lənkəran” və "Araz-Naxçıvan” komandaları arasında 1/2 final mərhələsi çərçivəsində keçirlmiş oyundan sonra aparılmış araşdırmalar zamanı "Araz-Naxçıvan” komandasının heyətində çıxış edən futbolçulardan Orxan Əliyev və Elməddin Məmmədovun cari mövsüm ərzində peşəkar müqaviləsinin olması müəyyən edilib. "Araz-Naxçıvan” komandasının heyətində cari mövsüm ərzində peşəkar müqaviləsi olan futbolçular iştirak etdiyi üçün 1/2 final mərhələsinin müvafiq oyununda "Araz-Naxçıvan” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilir.
OXŞAR XƏBƏRLƏR