“Komandamıza lisenziya Aleksandr Tamovskiyə görə verilməyib”
AZXEBER.COM xəbər verir ki, bu sözləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun icraçı-direktoru Yaşar Seyidov deyib.
Bu gün AFFA-nın inzibati binasında Lisenziyalaşdırma Komissiyasının iclası keçirilib. Toplantıda 2014/15 mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün müraciət edən 9 klubun sənədlərinə baxılıb. Amma yekunda “Simurq” və “Rəvan”la yanaşı, “Bakı”ya lisenziya verilməyib.
Seyidov bildirib ki, Tamovskiyə borclu olduqlarından AFFA onları lisenziyadan məhrum edib: “2009-2010 mövsümündə bizim komandada oynayan bolqar futbolçu Aleksandr Tamovski FİFA-ya ona verilməli olan mükafatın ödənilmədiyi haqqında şikayət edib. Lisenziyalaşdırma qaydalarında da belə bir maddə var ki, maliyyə ilə bağlı problemlər olmamalıdır. Yəni vaxtı keçmiş borclar qalmamalıdır. Aleksandr Tamovski də ona borcumuz olduğu üçün FİFA-ya şikayət edib və biz də bu məsələni Apellyasiya məhkəməsinə vermişik. O məsələ hələ də açıq qalıb. AFFA da bunu nəzərə alaraq bizi lisenziyadan məhrum edib. Ruslan Leviqa ilə bağlı isə problem yoxdur”.