AFFA ‘Neftçi’ni cərimələdi

İDMAN
15:16 05.11.2013
1022

Stadion diktorunun azarkeşlərə çağırışına görə klubu 2000 manat cərimə olunub

AFFA İntizam Komitəsindən sərt cəzalar verib.

AZXEBER.COM-un AFFA-nın saytına istinadən verdiyi məlumata görə, İntizam Komitəsi növbəti iclas keçirilib. İclasda Premyer Liqanın on ikinci turunun oyunlarında baş verən hadisələrlə bağlı qərarlar verilib. Belə ki, Premyer Liqanın on ikinci rurunda keçirilən "Bakı" - "Simurq" matçında hər iki komandanın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klublar 1000 manat dəyərində cərimə olunub. Bundan başqa "İnter" - "Rəvan" matçında oyun başa çatdıqdan sonra "İnter" matçın videoyazısını təqdim etmədiyi üçün klub 1000 manat cərimə deilib. "Neftçi" - "Xəzər Lənkəran" matçında isə "Xəzər Lənkəran"ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub. Matçın gedişində stadionun diktoru tərəfindən "Neftçi" klubunun azarkeşlərinə öz komandalarını dəstəkləməyə çağırış xarakterli şüarlar səsləndirildiyinə görə "Neftçi" klubu 2000 manat cərimə edilib.

OXŞAR XƏBƏRLƏR