AFFA-nın vitse-prezidenti: “Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik

AFFA-nın vitse-prezidenti: “Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik
İDMAN
14:28 16.02.2024
404
"Qarabağ”dan belə möcüzələri həmişə gözləyirik.

Bunu "Report”a açıqlamasında AFFA-nın vitse-prezidenti Vaqif Sadıqov "Qarabağ”ın UEFA Avropa Liqasının pley-off mərhələsində "Braqa”nı Portuqaliyada 4:2 hesabı ilə məğlub etdiyi oyunla bağlı danışarkən deyib.

Təcrübəli mütəxəssis Ağdam klubunun potensialını tam şəkildə ortaya qoyduğunu düşünür: "Bir daha təsdiq olundu ki, çempionumuz Avropada yaxşı mənada səs salan komandadır. "Qarabağ”dakı ruh müsbət nəticə qazanmağa imkan verir. Bəlkə də böyükhesablı qələbə qazana bilərdik. Bu oyundan hamımız zövq aldıq, rahatlıq tapdıq. Futbol ənənəsi olan ölkənin güclü rəqibini səfərdə məğlub etmək asan deyil. Reallığı qabaqlayan komandamız var”.

Azərbaycan millisinin sabiq baş məşqçisi hesabın gözlənilməz olduğunu etiraf edib: "Qarabağ” rəqibdən asılı olmayaraq, həmişə ən yaxşı oyununu sərgiləyir. Ancaq etiraf edək ki, belə bir nəticəni çoxları gözləmirdi. Şəxsən mən oyunun bitməsini istəmirdim. "Qarabağ”ın hər hücumu zövq verirdi. Təmsilçimiz irəlilədikcə rəqibləri güclənir, oyunları çətinləşir. "Qarabağ” səviyyəni o qədər yüksəldib ki, Avropa klubları artıq diqqətlərini onlara yönəldiblər. Buna da hazır olmaq lazımdır”.

Vaqif Sadıqov Azərbaycan çempionunun mərhələ adlayacağına inandığını bildirib: "Düşünməməliyik ki, bu nəticə mərhələ adlamaq üçün kifayət edir. Hesab edirəm ki, sərgilənən oyun 1/8 finala yüksəlməyə, gələcəyə nikbin baxmağa imkan verir. "Qarabağ” adına layiq oyun sərgiləyir, müasir futbolun bütün tələblərinə cavab verir. Komandanın avrokuboklarda yolu açıq olsun, daha da irəliləməklə azarkeşləri sevindirsin”.

Qeyd edək ki, "Qarabağ”la "Braqa” arasında cavab oyunu fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
12:07 24.11.2026
İlham Əliyev Monteneqronun Baş nazirini qəbul etdi - FOTOLAR
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
12:05 24.11.2026
“Paşinyan başa düşür ki, Ermənistanın xilası Azərbaycanla sülhdən keçir” - AÇIQLAMA
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
11:45 24.11.2026
Gündüz İsmayılov: Azərbaycan qadınlarının tolerantlıq ənənələrinin formalaşmasında böyük rolu var
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
11:42 24.11.2026
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib - FOTOLAR
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
11:37 24.11.2026
Prezidentdən Beynəlxalq Qafqaz Konqresinin iştirakçılarına müraciət
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
11:17 24.11.2026
Ürək xəstəlikləri niyə cavanlaşır? – Həkimdən qəfil ölümlərlə bağlı açıqlama
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
10:57 24.11.2026
DSX-nin əsgəri xəstəlikdən vəfat etdi
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
10:52 24.11.2026
Kəlbəcərin azad edilməsindən 6 il ötür: Dağıntılardan dirçəlişə uzanan yol
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
10:49 24.11.2026
"Azərbaycanda bəzi ailələr qızların deyil, oğlanların təhsilinə üstünlük verir" – Hicran Hüseynova
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
10:45 24.11.2026
Bahar Muradovadan erkən evliliklə bağlı XƏBƏRDARLIQ
BDU 9 fakültə üzrə dekan axtarır
10:41 24.11.2026
BDU 9 fakültə üzrə dekan axtarır
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
10:34 24.11.2026
Bahar Muradova: Qadınların ictimai-siyasi təmsilçiliyində müsbət dinamika var
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
10:30 24.11.2026
"Qız tələbələrə xüsusi təqaüd veriləcək" – Komitə sədri
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
10:28 24.11.2026
Azər Türk Bank “atb friday” kampaniyasına start verdi
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!
10:25 24.11.2026
“Azərlotereya”dan iki yeni “Poz-Qazan” oyunu: Böyük uduş imkanları!
Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO
10:25 24.11.2026
Naqif Həmzəyev vətəndaş qəbulu keçirdi – FOTO