AFFA Premyer Liqanın 3 klubunu cərimələdi

İDMAN
19:36 11.05.2023
261
AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasının 3 klubunu cərimələyib.

AZXEBER.COM-un məlumatına görə, buna səbəb XXXIII turda qeydə alınan neqativ hallar olub.

"Turan Tovuz” – "Neftçi” oyununda hər iki komandanın 4 futbolçusu sarı vərəqə aldığından, qurum onların hərəsini 800 manat cərimələyib.

"Qəbələ” ilə görüş başa çatdıqdan sonra meydançaya kənar şəxsin daxil olması isə "Qarabağ”a 1600 manatlıq cərimə bahasına başa gəlib.
OXŞAR XƏBƏRLƏR