AFFA “Region Liqası”nın iştirakçılarına xəbərdarlıq edib

AFFA “Region Liqası”nın iştirakçılarına xəbərdarlıq edib
İDMAN
18:25 22.10.2018
5013

AFFA və "Region Liqası”nın təşkili üzrə İşçi Qrup turnirin III turunun bir neçə oyununda baş verən xoşagəlməz olaylarla bağlı xəbərdarlıq müraciəti yayıb.

AZXEBER.COM xəbər verir ki, müraciətdə bu cür hallara AFFA-nın İntizam Komitəsi tərəfindən müvafiq hüquqi qiymət veriləcəyi vurğulanıb.

Bildirilir ki, hakim qərarlarına etiraz fonunda məşqçi və futbolçuların iştirakı ilə kütləvi dava-dalaş cəhdlərinə yol verilib, nəticədə oyunlarda bir neçə dəqiqəlik fasilələr yaranıb. AFFA nümayəndələrinin və təhlükəsizliyə cavabdeh şəxslərin müdaxiləsi ilə həmin xoşagəlməz cəhdlərinin qarşısı alınıb, turun bütün qarşılaşmaları sonuna qədər oynanılıb: "AFFA və "Region Liqası”nın təşkili üzrə İşçi Qrup belə intizamsızlıq cəhdlərini kəskin şəkildə pisləyir, bütün komandaların turnirin Əsanaməsində göstərilmiş qaydalara riayət etməsinin vacibliyini bildirir. Cari turda qeydə alınmış qayda pozuntularına AFFA-nın İntizam Komitəsi müvafiq hüquqi qiyməti verəcək”.

"Region Liqası”nın bütün iştirakçılarının bir daha diqqətinə çatdırılır ki, analoji hallar təkrarlanacağı təqdirdə, təqsirkar komandanın turnirdən kənarlaşdırılması məsələsinə baxılacaq: "Bütün komandaları qaydalara riayət etməyə və futbolun gözəlliyindən zövq almağa çağırırıq! Bir daha xatırladırıq ki, AFFA Ədalətli Oyun, həmçinin meydanda və meydandan kənarda tərəflərin bir-birinə hörmət və ehtiram prinsiplərini dəstəkləyir!”.

Qeyd edək ki, xoşagəlməz olaylar III turun "FC Baku” - "Şahdağ” və "Kürmük” - "Şəki” matçlarında qeydə alınıb.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
08:08 06.10.2026
ABŞ və Sudan münaqişəyə son qoymağın yollarını müzakirə ediblər
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
07:58 06.10.2026
Yunanıstan və ABŞ Rubio-nun Afina səfəri zamanı üç sənəd imzalayacaq
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
07:50 06.10.2026
Nikolas Maduronun həyat yoldaşının ürək əməliyyatına ehtiyacı olduğu bildirilir
Paytaxtın bu ərazilərində işıq olmayacaq
07:40 06.10.2026
Paytaxtın bu ərazilərində işıq olmayacaq
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
07:36 06.10.2026
Fransada etiraz aksiyalarında xəsarət alan məktəblilərin sayı 190-a çatdı
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
07:23 06.10.2026
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya husilərə qarşı əməliyyat keçirib
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
07:11 06.10.2026
Gündə iki dilim demensiya riskini artıra bilər - Alimlər təhlükəli qidanı açıqladı
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
07:00 06.10.2026
Şokolad və qozdan daha çox maqnezium ehtiva edir: Bu toxumu rasionunuza əlavə edin
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
06:48 06.10.2026
Ukrayna deputatı Rusiya ilə güzəştli danışıqlar çağırışıyla əlaqədar partiyasından qovulub
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
06:36 06.10.2026
Gözlər orqanizmin nə qədər sürətlə qocaldığını göstərə bilər
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
06:23 06.10.2026
Telefon nömrəniz sizin haqqınızda nə deyir? - Hesablama qaydası
Müğənni həbsxanaya göndərildi
06:11 06.10.2026
Müğənni həbsxanaya göndərildi
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
06:00 06.10.2026
Nyu-Yorkda qızılca epidemiyasına görə fövqəladə vəziyyət elan edilib
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
05:48 06.10.2026
Zelenski: Hava hücumundan müdafiə gücümüzü hər gün artırırıq
Bu 4 bürcün bəxti həmişə gətirir
05:36 06.10.2026
Bu 4 bürcün bəxti həmişə gətirir
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək
05:23 06.10.2026
Doğum tarixinizə görə 2027-ci il sizin üçün belə keçəcək