AFFA təxribata etiraz etdi: UEFA-ya müraciət olunacaq

AFFA təxribata etiraz etdi: UEFA-ya müraciət olunacaq
İDMAN
10:27 04.10.2019
2524
Matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.

Avropa Liqasının qrup mərhələsinin 2-ci turunda "Qarabağ"ın səfərdə "Düdelanj"a qarşı keçirdiyi oyunda baş verən erməni təxribatına AFFA da etiraz edib.
 
AZXEBER.COM qurumun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, matçın ilk hissəsində yaşanan təxribatla bağlı AFFA rəhbərliyi dərhal UEFA rəhbərliyi ilə əlaqə saxlayıb, narazılığını bildirib. Sabah qitə futbol qurumuna rəsmi qaydada müraciət olunacaq.
 
Xatırladaq ki, "Düdelanj" - "Qarabağ" oyununun 31-ci dəqiqəsində - "Qarabağ"ın ikinci qolundan sonra meydançanın üzərində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla havalandırılıb. Xoşagəlməz olaydan sonra baş hakim matçı yarımçıq dayandırıb. Təxminən 20 dəqiqəlik fasilədən sonra oyun davam etdirilib və "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə başa çatıb.
OXŞAR XƏBƏRLƏR