Afiq Səfərov: ‘Bizim məhsullar Gürcüstanda erməni məhsullarını bazardan çıxartdı’ - FOTO

Afiq Səfərov: ‘Bizim məhsullar Gürcüstanda erməni məhsullarını bazardan çıxartdı’ - FOTO
Bütün Xəbərlər
15:13 13.03.2012
2584

“Azərduz” marka heyəti və Milli QHT Forumu yodlaşdırılmamış duzdan istifadənin fəsadlarının aradan qaldırılması məqsədilə birgə maarifləndirmə aksiyasına başlayır.

Bu gün “Azərduz” marka heyəti Milli QHT Formu birgə maarifləndirmə aksiyası barədə mətbuat konfransı keçirib. AZXEBER.COM-un məlumatına görə, tədbirdə layihənin koordinatoru Ülvi Kazımov, marka təmsilçisi Coşqun Heydərov və “Azərsun Holdinq”in İctimaiyyətləəlaqələr və sosial xidmətlər departamentinin rəhbəri Afiq Səfərov iştirak edib.

Departamentin rəhbəri Afiq Səfərov hazırda bazarda satılan məəyi məlum olmayan və qablaşdırılması heç bir standartlara cavab verməyən məhsulların insan sağlamlığı üçün törətdiyi fəsadlardan danışıb: “Azərbaycanda yodsuz duzdan istifadə ilə bağlı problemlər bir neçə il bundan öncəözünü daha geniş büruzə verməyə başlamışdır. Holdinq olaraq biz bu problemin aradan qaldırılması üçün Masazır duz zavodunun inşasına qərar verdik və bu gün süfrələrimizdə olan “Azerduz” markası meydana gəldi. Bildiyiniz kimi, hazırda biz əhalinin duza olan təlabatının 47%-ni ödəyirik. Gələcəkdə isə biz məhsulun ixracını 90 min tona çatdırmağı planlaşdırırıq. Hətta biz artıq qonşu Gürcüstan bazarında da, öz sözümüzü deməyə başlamışıq. Bizim istehsal etdiyimiz məhsullar təsadüfi deyil ki, Gürcüstandakı erməni məhsullarını sıxışdırıb bazardan çıxartdı. Ancaq hazırda bizim qarşımızda duran ən böyük problem insan sağlamlığını təhdid edən məhsulların satışıdır. Buna görə də,bu layihəni həyata keçirmək qərarına gəldik. Məəyi məlum olmayan duzların istehsal olunması ilk növbədə insanlarımızda 40-dan artıq xəstəliyin meydana gəlməsinə gətirib çıxardır. Təsəvvür edin ki, biz 3 aydan bir duz hovuzlarımızda təmizlik işləri aparırıq. Orada 3 ayda bir bir yük maşını dolusu daş çıxardırılır. Hazırda satılan mənəyi məlum olmayan duzları isə, özünüz təsəvvür edin.

“Azərduz” marka təmsilçisi Coşqun Heydərov isə, bu cür məhsulların bazarlarda satılmasını insan sağlamlığına qarşı edilmiş ən böyük cinayət kimi qiymətləndirib: “Biz bulayihə çərçivəsində 11 bölgədə maarifləndirmə işləri aparacağıq. Mən onu deyim ki, bu gün bu cür məhsulların bazarda olması insanlarda ilk olaraq immunitetin aşağı düşməsinə, uşaqlarda əqli inkişafın geriləməsinə və zob xəstəliyin meydana gəlməsinə başlıca təkan verir.

Tədbirdə çıxış edənlər mövzu ilə bağlı fikir və təkliflərini səsləndirdilər. O da qeyd olunub ki, bu tip maarifləndirici tədbirlər davamlı olmalı və insanlar öz sağlamlığının qeydinə qalmaları üçün yodsuz duzlardan istifadə etməməlidirlər.

Əfsələddin AĞALAROV

OXŞAR XƏBƏRLƏR