Afrikadan Cənubi Qafqaza uzanan əllər və ya Aİ niyə Fransanın dirjor çubuğu ilə hərəkət edir?

Afrikadan Cənubi Qafqaza uzanan əllər və ya Aİ niyə Fransanın dirjor çubuğu ilə hərəkət edir?
SİYASƏT
13:59 06.10.2023
324
Avropa Parlamenti (AP) dünyanın ən korrupsiyalaşmış təşkilatlarından biridir. İkili standartlardan çıxış edən, lobbiçilərin əlində oyuncağa çevrilmiş bu qurum ABŞ və müttəfiqlərinin yedək təşkilatı rolunda çıxış edir. Rusiyaya qarşı embarqolara qoşulmaqdan imtina edən Macarıstanın Avropa İttifaqının "ən korrupsiyalaşmış ölkəsi” kimi tanınması, dünyadakı münaqişələrə yanaşmada ədalət prinsipinin sonuncu, "strateji yaxınlıq meyarları”nın isə ilk pillədə yer alması, 30 il ərzində Ermənistanın işğalçılıq siyasətinə göz yumulması fonunda Azərbaycanın reinteqrasiya siyasətinə qarşı müqaviməti, Ukrayna və Moldovada suvenerliyin pozulması faktına amansız münasibəti qarşılığında uzun illər Azərbaycan torpaqlarının işğal altında qalmasına soyuqqanlı yanaşılması bunun bariz nümunəsidir.

"Qoca qitə”nin lokomotiv ölkələrindən olan Fransaya Emmanuel Makron kimi liderlik xüsusiyyətlərindən, idarəçilik keyfiyyətlərindən məhrum birinin rəhbərlik etməsi, Afrika və fransızdilli ölkələrə qədər uzanan imperialist siyasətin Cənubi Qafqaz və digər uzaq regionlarda davam etdirilməsi cəhdləri, Qoşulmama Hərəkatına üzv olan dövlətlərə qarşı təzyiqlər və digər təhrikedici məqamlar Fransanın dünya siyasətində rolunu azaldır. Sanki hansısa qüvvələr Fransanı məqsədli şəkildə zəiflətmək yolunu tutublar ki, Emmanuel Makronun ölkə rəhbərliyinə gətirilməsi bu planın tərkib hissəsidir. Makron müxtəlif dövlətləri Fransaya düşmən etməkdə, öz ölkəsində insan haqlarını pozmaqda, etiraz aksiyalarına çıxan fransızları zorakılığa məruz qoymaqda davam edir.

Məlumdur ki, Fransanın Azərbaycanda ciddi siyasi və iqtisadi maraqları olub və bunların hamısını təhlükə altına alaraq, birmənalı şəkildə Ermənistana dəstək göstərir. Nəinki dəstək göstərir, Azərbaycanın qazandığı tarixi qələbəni və qazanılan Zəfərin əhəmiyyətini azaltmağa çalışır, regionda sülhyaratma prosesini süni şəkildə tormozlayır. Fransa bir tərəfdən vasitəçilik missiyasından danışır, digər tərəfdən isə özünü təcrid edir. 

Fransanın drijor çubuğu ilə Avropa Parlamentinin Azərbaycanın əleyhinə qəbul etdiyi qətnamə ölkəmizin ərazi bütövlüyünü şübhə altına alır. 30 ilə yaxın müddət ərzində BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı çoxsaylı qətnamələrinə etinasız yanaşanlar unudurlar ki, bu kimi üsullarla Azərbaycanı haqq mübarizəsindən geri çəkmək mümkün olmayacaq.

Müəllif: Azər Niftiyev
OXŞAR XƏBƏRLƏR