Afrikadan Heydər Əliyev Fonduna təşəkkür məktubu gəldi
Bütün Xəbərlər
15:36 03.05.2012
1647
Azərbaycanın UNESCO yanındakı daimi nümayəndəliyindən AzərTAc-a bildiriblər ki, 2012-ci ilin aprel ayında Azərbaycanın birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun təşəbbüsü ilə beynəlxalq humanitar fəaliyyət çərçivəsində Beninin Porto-Novo şəhərində yerləşən Afrika İrsi Məktəbinin (EPA) inkişafı üçün 50 min avro məbləğində maliyyə yardımı göstərilib. Beləliklə, 13 il ərzində fəaliyyət göstərən EPA-nın ölkələr, fondlar, təşkilat və fərdi şəxslərdən ibarət digər 24 donorlarının sırasına qoşulan Heydər Əliyev Fondu quruma mühüm dəstək verib. Mədəniyyət abidələrinin mühafizəsi və bərpasının öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (İCCROM) baş direktoru Stefano De Karo və Afrika İrsi Məktəbinin direktoru Fallo Baba Keita Heydər Əliyev Fondunun yardımını yüksək qiymətləndirərək Mehriban Əliyevaya təşəkkür məktubları ünvanlayıblar.