Afrikalı sprinter ABŞ-də öz rekordunu təkrarladı

Afrikalı sprinter ABŞ-də öz rekordunu təkrarladı
DÜNYA
13:22 06.07.2025
400
Keniyalı yüngül atlet Faith Kipyeqon 1500 metr məsafəyə qaçışda öz rekordunu təkrarlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, idmançı bunu ABŞ-nin Oreqon ştatının Yucin şəhərində keçirilən "Diamond League"da reallaşdırıb.

O, 3 dəqiqə 48,58 saniyə nəticə göstərərək rekorda imza atıb. Əvvəlki rekord da Kipyeqona məxsus idi, o, 2024-cü ildə Parisdə keçirilən Olimpiadada 3 dəqiqə 49,04 saniyə nəticə göstərmişdi.

Qeyd edək ki, 31 yaşlı idmançı 1500 metr məsafəyə qaçış üçzə üçqat olimpiya və dünya çempionudur. O, həmçinin 5000 m məsafəyə qaçışda dünya çempionatının qızıl medalını (2023) qazanıb.
OXŞAR XƏBƏRLƏR