Afrikanın ən bahalı futbolçuları müəyyənləşib.
AZXEBER.COM-un Transfermarkt”a istinadən məlumatına görə, siyahının ilk pilləsində İtaliyanın "Napoli" klubunda çıxış edən Viktor Osimhen qərarlaşıb.
Nigeriyalı forvardın transfer qiyməti 100 milyon avro göstərilib.
İkinci sırada 70 milyon avro ilə Fransa PSJ-sinin mərakeşli müdafiəçisi Əşrəf Hakimi yer alıb.
İlk üçlüyü eyni dəyərə sahib olan İngiltərə "Liverpul"undan Məhəmməd Salah qapayır.