AGAT 'Avropa Günü' keçirəcək

GƏNCLİK
13:15 08.05.2013
1903
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı 9 May, 2013-cü il, saat 15.00-da Gazelli Art House-da (Nizami küç. 93. Gənc Tamaşaçılar Teatrı ilə üzbəüz) “Avropa Günü” adlı tədbir keçirəcəkdir.AZXEBER.COM-un məlumatına görə, Avropa ölkələrində 9 may Avropa Günü kimi qeyd olunur. Həmin gün sülh və həmrəylik kimi bəşəri dəyərlərin təbliğinə diqqətin daha da artırılması istiqamətində fəaliyyətlər həyata keçirilir.
AGAT-ın bu tədbiri keçirtməkdə məqsədi ölkəmizin Azərbaycanın Avropa ailəsinin üzvü kimi avrointeqrasiya prosesinə verdiyi önəmi vurğulamaq, universal dəyərlərin ölkəmiz üçün vacib olduğunu qeyd etməkdir.
Tədbir çərçivəsində rəsmi çıxışlar və Avropa fotoqraflarının sərgisi nəzərdə tutulmuşdur. Tədbirdə BMT, Rumıniya, Fransa, Türkiyə, Polşa Səfirliklərinin səfirləri və nümayəndələri, millət vəkilləri, milli icmalar və QHT sədrləri iştirak edəcəkdir.

OXŞAR XƏBƏRLƏR