AGAT Avropanın gənc siyasətçilərini Bakıda bir araya gətirdi - FOTO

AGAT Avropanın gənc siyasətçilərini Bakıda bir araya gətirdi - FOTO
GƏNCLİK
10:22 05.07.2013
2836
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) Prezident yanında Gənclər Fondunun dəstəyi ilə Avropa ölkələrinin gənc fəallarının iştirakı ilə Beynəlxalq Gənc Siyasətçilər Məktəbi adlı foruma start verib.AZXEBER.COM-un məlumatına görə, forumda Fransa, Almaniya, Bolqarıstan, Ukrayna, Polşa, İtaliya, Türkiyə, Bosniya və Hersoqovina, Moldova ölkələrindən gənc fəallar iştirak edib.Forumda çıxış edən AGAT sədri Gülsel Səfərova bildirib ki, məktəbin təşkil edilməsində məqsəd Avropa və Azərbaycanın gənc siyasətçiləri arasında dostluq əsasında əməkdaşlığın yaradılması, qarşılıqlı təcrübə mübadiləsi aparmaqdır: “Forum Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması baxımından da əhəmiyyətlidir. Eyni zamanda məqsəd Azərbaycanın Avropaya inteqrasiyası, demokratik quruculuqda Avropa təcrübəsinə yiyələnmək, siyasi elmin əsaslarını öyrənməkdən ibarətdir”. O qeyd edib ki, bütün mövzular çərçivəsində panellər təşkil olunacaq və aidiyyatı dövlət qurumları ilə görüş keçiriləcək: “Məktəb iştirakçıları siyasi bilik təcrübəsindən başqa, Azərbaycanın reallıqları və dövlətimizin demokratik quruculuqda nailiyyətləri barədə hərtərəfli məlumat alacaqlar. Sonda isə Gənc Siyasətçilər Şəbəkəsinin yaradılması nəzərdə tutulur”. Fransanın Azərbaycandakı səfiri Paskal Mönye də məktəbin gənclərin maariflənməsi baxımından vacibliyini vurğulayıb: “Gənclərin müxtəlif təlimlərdə iştirak etməsi və maarifləndirilməsi Azərbaycanın inkişafına töhvə verəcək. Fransa hökumətinin əsas prioritet məqsədlərindən biri gənclərin maarifləndirilməsidir”. Qeyd edək ki, tədbir çərçivəsində siyasətçinin kommunikasiya bacarıqlarının artırılması, münaqişələr, siyasi partiyaların dövlət idarə edilməsində rolu və s. mövzularında panellər keçiriləcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
21:36 16.10.2026
Türkiyədə yüksək meteoroloji təhlükə elan edildi
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
21:29 16.10.2026
Zelenski: Ukrayna yaxın vaxtlarda ilk “Gripen” qırıcılarını alacaq
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
21:20 16.10.2026
Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
21:13 16.10.2026
Premyer Liqanın VIII turunda "Sumqayıt" "Araz-Naxçıvan"ı məğlub edib
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
21:06 16.10.2026
Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
20:58 16.10.2026
Qırğızıstan və Ermənistan süni intellekt sahəsində birgə müəssisə yarada bilər
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
20:50 16.10.2026
Keniyada Ebola virusuna yeni yoluxma halı qeydə alınıb
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
20:43 16.10.2026
Beynəlxalq koalisiya Ermənistanın COP17-yə ev sahibliyi etməsini ikili standart kimi qiymətləndirib
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
20:36 16.10.2026
Ağır cinayətlərə görə cəzanın təxirə salınma qadağası Konstitusiyaya uyğun hesab edilib
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
20:27 16.10.2026
Bakı-Quba yolunda yük maşını aşıb, ölən var
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
20:23 16.10.2026
Bu yol bağlı olacaq - Sürücülərin nəzərinə!
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
20:19 16.10.2026
Ukrayna Ali Radasının sədri: Ermənistanla münasibətlərin möhkəmləndirilməsində maraqlıyıq
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
20:15 16.10.2026
Beynəlxalq axtarışa verilən Celal Çiftçi Azərbaycan dövləti və xalqından üzr istəyib
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
20:11 16.10.2026
Prezidentin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
20:05 16.10.2026
Bakıda yeni müntəzəm avtobus marşrutu istifadəyə verilir
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib
20:02 16.10.2026
Ceyhun Bayramov banqladeşli həmkarı ilə əməkdaşlığın genişləndirilməsini müzakirə edib