AGAT Azərbaycanı Fransada uğurla təmsil edir

GƏNCLİK
13:35 08.04.2013
1664

6-14 aprel, 2013-cü il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədri Gülsel Səfərova, təşkilatın fəalı Maryamxanım Tağıyeva Fransanın Strasburq şəhərində “Qeyri-formal təhsil vasitəsi ilə sosial əlillərin cəmiyyətə inteqrasiyasının təmin edilməsi” adlı beynəlxalq tədbirdə iştirak etməkdədir. AZXEBER.COM-un məlumatına görə, tədbir fransız şəbəkəsi AMSED-in təşkilatçılığı ilə Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir.

Tədbirdə Avropanın 16 dövlətindən (Almaniya, Bolqariya, Fransa, İtaliya, Gürcüstan, Mərakeş, İspaniya, İsveç, Tunis, Əlcəzair, Fələstin, Ukrayna, Ermənistan, Belçika, Portuqaliya və Azərbaycan) gənc mütəxəssislər iştirak edir.

Belə ki, 7 Aprel, 2013-cü ildə AGAT Strasburqda Azərbaycanın sosial-mədəni təqdimatını həyata keçirmişdir. Təqdimat çərçivəsində G. Safarova və M. Tağıyeva Azərbaycan barədə məlumat verilmiş, uğurlu inkişaf strategiyasi barədə danışılmışdır. Təqdimat tədbir iştirakçıları tərəfindən maraqla qarşılanmışdır.

8 apreldən başlayaraq QHT və dövlət strukturları ilə görüşlərin keçirilməsi nəzərdə tutulmuşdur.

OXŞAR XƏBƏRLƏR