Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) sədr muavini Nərgiz Xələf ve təşkilatın idare heyətinin üzvü Səbinə Əsəd Rumıniyanin Brasov şəhərində keçirilən "Youth Worker Life Experience Creator” adlı beynəlxalq tədbirdə iştirak edirlər.
AZXEBER.COM-un məlumatına görə, tədbir Avropa Birliyinin Gənclər Fəaliyyətdə proqramı tərəfindən həyata keçirilir.
Tədbirdə iştirak edən ölkələr arasında yalnız Azərbaycandan olan AGAT təmsilçiləri təlimçilik təcrübəsini iştirakçılarla bölüşüb. Belə ki, AGAT nümayəndələri "İctimai vəkillik" və "Effektiv Mentorluq" mövzusunda tədbir iştirakçılarına təlim keçiblər.
9 aprel tarixində beynəlxalq tədbirdə Azərbaycan mədəniyyət gecəsi təşkil edilib. Gecədə Azərbaycanın sosio-mədəni təqdimatı nümayiş olunub. Ölkənin mədəniyyətindən, tarixindən, milli mətbəxindən geniş məlumatlar verilib. Eyni zamanda hər bir ölkə nümayəndəsinə Azərbaycana aid materiallar təqdim olunub.
Qeyd edək ki, Beynəlxalq tədbirdə Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan, Ruminiya və s. ölkələr iştirak edir.