AGAT beynəlxalq təşkilatlara səsləndi

AGAT beynəlxalq təşkilatlara səsləndi
GƏNCLİK
18:32 05.08.2014
1600

AGAT son günlər cəbhədə baş verən hadisələrlə bağlı beynəlxalq təşkilatlara bəyanat ünvanlayıb.

AZXEBER.COM-a daxil olan bəyanatda qeyd edilib ki, Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azərbaycanda gənc nəslin iştirakı ilə sülh, insan hüquqları və qərb demokratik dəyərlərinin əsas təbliğatçılarından biri kimi fəaliyyət göstərir.Təşkilatın prezidenti Gülsel Səfərova tərəfindən verilən bəyanatda bildirilib ki, təşkilatın əsas missiyası qərb vətəndaş cəmiyyəti modelinin Azərbaycanda daha da möhkəmlənməsinə nail olmaqdır.Bəyanatda xatırladılıb ki, Dağlıq Qarabağ bölgəsini və ona bitişik rayonları işğal altında saxlayan Ermənistan Respublikası öz silahlı qüvvələri vasitəsilə Birləşmiş Millətlər Təşkilatı (BMT) Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə baxmayaraq, 21 ildən artıq müddətdə Azərbaycanın son günlər Azərbaycan-Ermənistan dövlət sərhədinin və qoşunların təmas xəttinin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin mövqelərinə bir neçə dəfə basqın edib və Azərbaycanın 13 əsgərini şəhid ediblər:“Ermənistan tərəfinin bu təxribatçı addımları cəbhə xətti boyunca gərginliyin xeyli artmasına səbəb olub. Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılması ilə bağlı BMT-nin qəbul etdiyi 4 qətnamənin lazımsız bir sənədə çevrilməsi, ATƏT-in Minsk qrupuna həmsədrlik edən dövlətlərin beynəlxalq hüququn norma və prinsiplərini rəhbər tutaraq Ermənistanın işğalçı və terrorçu bir dövlət kimi tanınmasında maraq göstərməməsi cəzasızlıqdan azğınlaşmış bu dövlətin növbəti təcavüz və terror aktı həyata keçirməsinə böyük zəmin yaradıb.Danışıqlarda qeyri-konstruktiv mövqe nümayiş etdirən, status-kvonun qorunub-saxlanmasında maraqlı olan və həmçinin Madrid Sülh Planından boyun qaçıran işğalçı Ermənistanın BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə əməl etməməsi (822, 853, 874 və 884) qanlı etnik təmizləmə siyasəti həyata keçirməsi, 1 milyon 200 mindən artıq insanı öz yurdundan qovması və sonunda sülh prosesinə xələl gətirən bu cür təxribatçı addımlar atması bu ölkəyə qarşı beynəlxalq ictimaiyyət tərəfindən ciddi sanksiyaların tətbiq edilməsi üçün əsas verdiyi halda, bütün bunlara rəğmən, Azərbaycan dövlətinə qarşı ikili standartlar yeridən müvafiq təşkilatlar nədənsə susmaqda davam edirlər”, - deyə AGAT-ın bəyanatında vurğulanıb.Təşkilat bəyanatında tələb edib ki, beynəlxalq təşkilat və qüvvələr 20% ərazisi işğala məruz Azərbaycan Respublikasına münasibətdə ədalətli və qəti mövqeyə malik olmalı, təcili olaraq işğalçı Ermənistanın ciddi şəkildə cəzalandırmalı və ona qarşı beynəlxalq sanksiyalar tətbiq olunmalıdır:“Biz müharibədən əziyyət çəkən, hər an bu təhlükəni yaşayan Azərbaycan gəncliyi olaraq, beynəlxalq gənclər ictimaiyyətinə, əlaqədar siyasi qurumlara müraciət edərək, Ermənistanın Azərbaycana qarşı bu işğalçılıq siyasətinin dayandırılmasına, erməni hərbi qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və ona bitişik ərazilərimizdən çıxarılmasına və Azərbaycanın BMT tərəfindən tanınan sərhədlərinin bərpasına çağırışlar etməsini, ədalətli mövqe nümayiş etdirməsini Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı olaraq tələb edirik”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan XİN Ukraynanı təbrik edib
14:46 24.08.2025
Azərbaycan XİN Ukraynanı təbrik edib
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
14:32 24.08.2025
FHN: “Sədərək” ticarət mərkəzində yanğının yayılmasının qarşısı alınıb
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
14:18 24.08.2025
Trampın xüsusi nümayəndəsi Ukraynanın Müstəqillik Günü mərasimində iştirak edir
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
13:54 24.08.2025
Türkmənistan Zirvəsi türk dünyasının birliyinə yeni nəfəs verdi
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
13:48 24.08.2025
Ukrayna səfiri: Azərbaycanla energetika sektorunda əhəmiyyətli nəticələr var
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
13:34 24.08.2025
“Sədərək”dəki yanğınla əlaqədar nazir müavini hadisə yerindədir
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
13:15 24.08.2025
Tramp: Ukraynanın cəsarəti çoxlarını ruhlandırır
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
13:03 24.08.2025
Sürücülərin “Sədərək”dəki yanğına baxması səbəbindən bu yolda sıxlıq yaranıb
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
12:46 24.08.2025
Rubio: ABŞ Ukraynanın müstəqil dövlət kimi gələcəyinə sadiqdir
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
12:35 24.08.2025
Sabah Bakıda 36 dərəcə isti olacaq, bəzi rayonlara leysan yağacaq
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
12:20 24.08.2025
DİN: “Sədərək” ticarət mərkəzində yanğınla əlaqədar polis əməkdaşları hadisə yerinə cəlb edilib
“Sədərək” ticarət mərkəzində yanğın başladı
12:18 24.08.2025
“Sədərək” ticarət mərkəzində yanğın başladı
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
11:57 24.08.2025
Türkiyədə şagirdləri daşıyan mikroavtobus qəzaya düşdü - ölən və yaralananlar var
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
11:55 24.08.2025
Həştərxan vilayətinin qubernatoru Mehriban Əliyevanı təbrik edib
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
11:39 24.08.2025
Dövlət Agentliyindən xaricdə təhsillə bağlı XƏBƏRDARLIQ
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir
11:30 24.08.2025
"Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir'