AGAT Londonda Azərbaycanla bağlı forum keçirəcək

AGAT Londonda Azərbaycanla bağlı forum keçirəcək
GƏNCLİK
18:15 18.10.2013
1789

Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı (AGAT) AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfirliyinin dəstəyi ilə London şəhərində “Azərbaycanın Avropaya İnteqrasiyası Modeli” mövzusunda Forum təşkil edəcəkdir.

AGAT-dan AZXEBER.COM-a verilən məlumata görə, Azərbaycan reallıqlarının aşılanmasına həsr olunmuş bu tədbir 23 oktyabr 2013-cü il tarixində günün birinci yarısında (saat 10.00) London şəhərində yerləşən Kral Coğrafiya Cəmiyyətinin (Royal Geographic Society) binasında keçiriləcəkdir.

Forumda Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı Səfiri Fəxrəddin Qurbanov, AR Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (AR SAM) Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, SAM-ın aparıcı elmi işçisi, enerji üzrə ekspert Gülmira Rzayeva və AR Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “TASİM/EuroCA” layihəsinin aparıcı mütəxəssisi Səbinə Həsənova çıxış edəcəkdir.

Forum zamanı məruzəçilər tərəfindən tədbir iştirakçılarına ölkəmizin son illər ərzində uğurlu inkişafı, Avropa İttifaqı ilə qarşılıqlı münasibətlərinin dinamikası, bu sahədə əldə olunmuş nailiyyətlər və Azərbaycan-Aİ əməkdaşlığının genişləndirilməsinin potensialı və problemləri haqqında geniş məlumat verilməsi nəzərdə tutulur.

Tədbirdə əsasən Böyük Britaniya ictimaiyyəti nümayəndələrinin, o cümlədən regionumuza maraq göstərən ekspertlərin, gənc fəalların, işgüzar dairələrin, QHT-lərin və Londonda akkreditə olunmuş diplomatik korpusun təmsilçilərinin iştirakı gözlənilir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
12:44 28.02.2026
İranın paytaxtında daha iki partlayış səsi eşidilib
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
12:42 28.02.2026
Netanyahu: İsrail və ABŞ İran tərəfindən mövcud təhlükənin aradan qaldırılması üzrə əməliyyata başlayıb
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
12:33 28.02.2026
Martın ilk gününə olan hava proqnozu açıqlanıb
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
12:28 28.02.2026
6 ay reanimasiyada qalan aktyor vəfat etdi
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
12:24 28.02.2026
KİV: Netanyahu yeraltı bunkerdə müşavirə keçirir
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
12:23 28.02.2026
Yağıntılı və küləkli hava müşahidə olunur, qarın hündürlüyü 34 sm-ə çatıb - FAKTİKİ HAVA
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
12:21 28.02.2026
Efir qadağasından sonra qalmaqalları "ssenari" adlandırdı - Video
İran İsrailə raket zərbələri endirib
12:14 28.02.2026
İran İsrailə raket zərbələri endirib
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
12:10 28.02.2026
Ermənilərin təxribatı ilə törədilən Sumqayıt hadisələrindən 38 il ötür
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
12:03 28.02.2026
Tramp hərbi əməliyyatlardan sonra hökumətin İran xalqına təhvil veriləcəyini deyib
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
12:02 28.02.2026
SEPAH: İran hücuma yaxın saatlarda cavab verəcək
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
11:57 28.02.2026
KİV: İsrail birinci mərhələdə İrana dördgünlük zərbələr endirəcək
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
11:56 28.02.2026
XİN İsraildəki Azərbaycan vətəndaşlarına müraciət edib
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
11:56 28.02.2026
Gəncədə güclü külək uşaq bağçasının dam örtüyünü uçurub
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
11:51 28.02.2026
XİN Azərbaycan vətəndaşlarını İrana səfər etməkdən çəkinməyə çağırıb
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz
11:48 28.02.2026
Tramp SEPAH-ı təslim olmağa çağırıb: Silahı yerə qoyun, yoxsa ölümlə üzləşəcəksiniz