AGAT Milli İcmaların Koordinasiya Şurasının 2 yaşını qeyd etdi
GƏNCLİK
18:51 16.11.2011
1848
Bu gün Azərbaycan Gənclərinin Avropaya İnteqrasiya Təşkilatı (AGAT) Azərbaycanda yaşayan Milli İcmaların Koordinasiya Şurasının 2-ci ildönümü münasibətilə tədbir keçirib.AGAT-ın sədri Gülsel Səfərova hər il noyabrın 16-da dünyada qeyd olunan tolerantlıq gününün mahiyyətini açıqlayıb. O bildirib ki, əgər bir ölkədə tolerantlıq hökm sürsə, orada dialoq olacaq, dialoq olan məmləkət isə münaqışəsiz yaşayır. Azərbaycanda hələ qədimdən müxtəlif millətlər və dinlər maneəsiz yaşayıb və bu baxımdan ölkəmiz demokratiya nümunəsi göstərib.AGAT Milli İcmaları Koordinasiya Şurasının katibi Nərgiz Eyvazova iki il əvvəl yaradılmış 7 milli icmadan ibarət “çətir” formatından və sonra ona qoşulan Polşa icmasından, bu illər ərzində görülən “Beynəlxalq ana dili”, “Torpaq və tarixi abidələr günü” tədbirlərinin uğurundan və “Azərbaycan gəncləri 2010-2015-ci illərdə” Dövlət proqramının müzakirəsindən söz açıb.Fəaliyyətlərin əks olunduğu fotoşəkillərdən ibarət videoçarx göstərildikdən sonra milli icmaların nümayəndələri fikirlərini bildiriblər.