AGAT soruşur: İctimai vəkil kimdir?

GƏNCLİK
13:16 20.05.2011
2523

AZXEBER.COM-un məlumatına görə, seminarı giriş sözü ilə açan AGAT-ın sədr müavini Nərgiz Eyvazova hər bir insanın fəal vətəndaş kimi ictimai vəkil olmasının labud olduğunu söyləyib. Avropaya inteqrasiya prosesində ictimai vəkilliyin zəruriliyini vurğulayan N.Eyvazova sözü tədbirin eksperti, beynəlxalq təlimçi Günel Səfərovaya verib.

G.Səfərova demokratikləşmə prosesində ictimai vəkilliyin rolu barədə məlumat verərək sözün mənasının (advokasi- yunan sözü) mən səni olduğum yerə səsləyirəm anlamına gəldiyini bildirib. Ekspert ictimai vəkilliyin hər hansı bir problemin götürülməsi, onu müsbət nəticəyə gətirib çıxaracaq qanunvericilik və yaxud davranışda dəyişikliyin olunması olduğunu deyib. İctimai vəkilliyin qanun deyil, yanaşma olduğunu vurğulayan G.Səfərova onun əsas komponenti olan davranışa yönəlik dəyişiklikləri Azərbaycanda daha əlverişli olduğunu söyləyib.

Ekspertin sözlərinə görə, ictimai vəkillik anlayışı Azərbaycanda 2002-ci ildən etibarən tətbiq olunmağa başlayıb. O, insanların hadisələrə yanaşmasının müxtəlifliyini, ictimai vəkillikdə davranış və mədəniyyətin olduqca önəmli olmasını vurğulayıb.

OXŞAR XƏBƏRLƏR