AGAT-ın yeni sədri kimdir?

AGAT-ın yeni sədri kimdir?
SOSİAL
10:56 04.10.2017
1331

AGAT yaxın 2 ildə

 

Lalə Mehdiyeva AGAT-ın sədri


AGAT-da 2011-cü ildən fəaliyyətdə başlamışam. Bu illər ərzində onlarla yerli və beynəlxalq layihələrdə iştirak etmişəm, sertifikatlara layiq görülmüşəm. Gənc Siyasətçilər Məktəbi, Gənclərin Avrointeqrasiya Forumu, Sülh Forumu, kimi beynəlxalq layihələrdə, onlarca kiçik tədbirlərdə, xeyriyyə aksiyalarında iştirak etmişəm. Norveç, Fransa, Belçika, Türkiyə, Niderland, Gürcüstan və Moldovada həyata keçirilən bir sıra beynəlxalq təlimlərdə, o cümlədən Brüsseldə NATO-nun baş qərargahında təcrübə proqramı keçmişəm. Bundan əlavə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun elan etdiyi qrant müsabiqələrində qalib gələlərək müxtəlif sosial layihələrin koordinatoru olmuşam. 2014-cü ildən AGAT-da menecer, 2015-ci ildən isə mətbuat katibi vəzifəsində çalışmışam. Nəhayət, 29 sentyabr, 2017-ci il tarixində Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının sədri seçildim. AGAT 10 ildir ki, fəaliyyət göstərir bu illər ərzində təşkilat yerli və xarici təşkilatlarla əməkdaşlıq, gənclərin xarici ölkələrdə ölkəni təmsil etməsi, onların fərdi inkişafına dəstək və.s istiqamətlərdə mühim uğurları olmuşdur. Təşkilatmız "Azərbaycan Gəncliyi 2011-2015”-ci illərdə gənclər üzrə dövlət proqramında işçi qrupunun üzvü olmuşdur.

Hazırda Azərbaycan xalqı demokratik, daima inkişaf edən ölkədə yaşayır. Bir gəncin özünü təsdiqləməsi üçün bütün yollar açıqdır. Ölkə başçısının həyata keçirdiyi hərtərəfli siyasət bunu deməyə əsas verir. Bunun üçün gənc özünə güvənməli, vətəninə, xalqına, dövlətinə, milli dəyərlərinə sadiq olmalıdır.

Yeni mövsümdən AGAT heyəti ilə birlikdə bir sıra layihələr keçirməyi planlaşdırırıq. Belə ki, AGAT tərkibində layihələr, sosial humanitar, beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbələri fəaliyyət göstərir. 2017-2019-cu illərdə AGAT gənclərin ictimai fəaliyyətinin daha da artması, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair ölkəmizin beynəxalq tribunalarda haqq səsinin çatdırılması, gənclərin fərdi inkişafının gücləndirilməsi və sağlam həyata təşviqi istiqamətində fəaliyyətini davam edəcəkdir. Həm də əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatlarla əməkdaşlığımız daha da möhkəmləndiriləcək və yeni əməkdaşlıqların qurulması istiqamətində işlər aparılacaqdır. AGAT-ın növbəti 1 il üçün olan planlarına xeyriyyə məqsədli tədbirlərimiz, gənclərin fərdi inkişafına yönəlik görüşlərimiz, maarifləndirmə kampaniyaları daxildir.

Eyni zamanda AGAT hər zaman olduğu kimi intellektual, innovativ düşüncəyə malik olan hər bir gəncin inkişafına yardımçı olmağa, onların daha da təkmilləşməsinə, sosial layihələrin hazırlanmasında yaxından iştirakına dəstək olacaqdır. Necə deyərlər, qapımız hər bir Azərbaycan gəncinə açıqdır.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
22:52 07.03.2026
İran dronu Dubaydakı 23 Marina göydələninə çırpılıb
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
22:36 07.03.2026
Azərbaycan Dövlət Departamentinin İranın dron hücumları ilə bəyanatını yüksək qiymətləndirib
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
22:33 07.03.2026
Hakan Fidan Türkiyə və Azərbaycanla bağlı İrana xəbərdarlıq edib
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
22:22 07.03.2026
Türk dövlətləri Azərbaycan və Türkiyəyə güclü dəstəklərini ifadə ediblər
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
22:15 07.03.2026
Prezidentdən Beynəlxalq Qadınlar Günü münasibətilə paylaşım - Foto
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
22:06 07.03.2026
İrandan Azərbaycana 10-a yaxın diplomat təxliyə olunub
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
21:52 07.03.2026
ABŞ Dövlət Departamentindən İranın Azərbaycanı hücumu ilə bağlı - AÇIQLAMA
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
21:32 07.03.2026
Orban: Macarıstan Azərbaycana hər bir dəstək göstərməyə hazırdır
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
21:16 07.03.2026
TDT Xarici İşlər Nazirləri Şurası Yaxın Şərqdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
21:13 07.03.2026
Ceyhun Bayramov TDT Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclasında iştirak edib
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
21:01 07.03.2026
Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
20:38 07.03.2026
TDT-nin baş katibi İranın Naxçıvana PUA hücumlarını pisləyib
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
20:27 07.03.2026
İsrailin Livana hücumları nəticəsində 294 nəfər ölüb
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
20:16 07.03.2026
Salyanda azyaşlını avtomobil vuraraq öldürüb
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
19:59 07.03.2026
Azərbaycan və Türkiyə XİN başçıları İranın Naxçıvana dron hücumlarını qətiyyətlə pisləyiblər
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi
19:48 07.03.2026
Efiopiyanın Baş naziri İlham Əliyevə zəng etdi