Ahmet Çakar sərbəst buraxılıb

Ahmet Çakar sərbəst buraxılıb
DÜNYA
17:47 08.12.2025
91
Türkiyədə futbolda mərc oyunları ilə bağlı istintaq çərçivəsində saxlanılan keçmiş hakim və şərhçi Ahmet Çakar sərbəst buraxılıb.

Bu barədə TGRT Haber məlumat yayıb.

Məlumata görə, bu gün səhər saatlarında ürəyində spazm keçirən və anjioqramma əməliyyatı keçirən Ahmet Çakar sərbəst buraxılıb.

Qeyd edək ki, ötən həftə Türkiyədə mərc oyunları ilə bağlı yeni əməliyyat keçirilib, "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları saxlanılıb.

Ümumilikdə 46 nəfər barəsində saxlanılma qərarı çıxarılıb, 35-i tutulub.
 
///apa
OXŞAR XƏBƏRLƏR