Tanınmış sənətçi Ahmet Şafak "Türkiyənin "Begütürk" televiziyasının qonağı olub.
AZXEBER.COM-un məlumatına görə, veriliş Xocalı soyqırımı haqda olub.
Ahmet Şafak Azərbaycan-Türkiyə qardaşlığı haqda danışıb. "Biz azerilərlə qardaşıq. Biz bir-birimizi çox sevirik. Azərbaycan-Türkiyə qardaş ölkələrdir. 26 fevralda İstanbul Taksim meydanında "hamımız hocalılıyıq" deyəcəyik. Azərbaycanda hər kəs bu günü səbrsizliklə gözləyir. Azərbaycandan çox nüfuzlu şəxslər, ziyalılar 26 fevral günü Taksimdə olacaq. Azəri qardaşlarımız deyir ki, 26 fevral aksiyasıyla Türkiyə-Azərbaycan qardaşlığı bir daha sübut olunacaq"
1 saat yarım davam edən verilişdə Xocalı həqiqətləri haqda sujetlər də göstərilib. AZXEBER.COM portalı verilişin videosunu təqdim edir.