Avropa İttifaqı Fələstin Milli hökumətinin başçısı Mahmud Abbasa Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etmək üçün viza verilməsi ilə bağlı rəsmi Vaşinqtona çağırış edib.
Aİ sözçüsü Ənvər Əl-Ənuni ABŞ-ın Mahmud Abbasa viza verməkdən imtina etməsinin təəssüf hissi doğurduğunu bildirib.
"Biz ABŞ-ı bu qərarını yenidən nəzərdən keçirməyə çağırırıq”, - Ənvər Əl-Ənuni vurğulayıb.
Qeyd edək ki, ABŞ ikinci ardıcıl ildir ki, Mahmud Abbas və başçılıq etdiyi nümayəndə heyətinə BMT Baş Assambleyasında çıxış etmək üçün səfər vizası vermir.
Fələstin Milli hökumətinin başçısı Mahmud Abbas iclas iştirakçılarına videomüraciət ünvanlayır.
///apa











































