Aİ Hindistan və Pakistanı qarşılıqlı hücumlardan çəkinməyə çağırıb

Aİ Hindistan və Pakistanı qarşılıqlı hücumlardan çəkinməyə çağırıb
DÜNYA
18:32 08.05.2025
389
Avropa İttifaqı (Aİ) Hindistan və Pakistan arasında artan gərginliyi böyük narahatlıqla izləyir.

Bu barədə Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatında məlumat verilir.

"Aİ hər iki tərəfi təmkinli olmağa, gərginliyi azaltmağa və hər iki tərəfdən mülki şəxslərin həyatını qorumaq üçün əlavə hücumlardan çəkinməyə, tərəfləri dialoqa çağırır", - bəyanatda vurğulanıb.

Onun sözlərinə görə, Brüssel vəziyyətin gərginliyini azaltmaq üçün bütün tərəflərlə işləməyə hazırdır.
OXŞAR XƏBƏRLƏR