Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb

Aİ Moldovaya 157 milyon avroluq vəsait ayırıb
DÜNYA
19:08 05.10.2026
521
Avropa İttifaqı Moldovaya 157 milyon avroluq dəstək vəsaiti ayırıb.

Bu barədə Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos "X” hesabında məlumat verib.

O, Moldovanın Aİ üzvlüyünə doğru qətiyyətli addımlarla hərəkət etdiyini və bu yolda islahatların aparıldığını vurğulayıb.

Ayrılan vəsaitin yol, məktəb tikilməsi və yeni iş yerlərinin yaradılması üçün nəzərdə tutulduğu qeyd olunub.
OXŞAR XƏBƏRLƏR