Aİ-nin müdafiə sənayesinə 900 milyon avrodan çox maliyyə vəsaiti ayrılacaq

Aİ-nin müdafiə sənayesinə 900 milyon avrodan çox maliyyə vəsaiti ayrılacaq
DÜNYA
18:25 30.04.2025
186
Avropa Komissiyası (AK) Avropa İttifaqının (Aİ) müdafiə sənayesinin gücləndirilməsi üçün 910 milyon avro maliyyə vəsaiti ayıracaq.

Bu barədə AK-nın nümayəndəsi Toma Renye Brüsseldə keçirilən brifinqdə bildirib.

Onun sözlərinə görə, vəsaitlər müdafiə sektorunda 62 layihənin maliyyələşdirilməsinə yönəldiləcək.

"Avropa Komissiyası Avropada güclü və innovativ müdafiə sənayesinin yaradılması üçün Avropa Müdafiə Fondu çərçivəsində 910 milyon avro sərmayə qoyacaq. Bu investisiyalar mobillik, pilotsuz uçuş aparatlarından müdafiə kimi istiqamətlərdə əsas boşluqların aradan qaldırılmasına yönəlib. Bundan əlavə, ilk dəfə olaraq Ukrayna müdafiə sənayesi belə layihələrlə əlaqələndirilə bilər”, - Avropa Komissiyasının sənədində qeyd olunub.
OXŞAR XƏBƏRLƏR