Aİ Qərbi Balkan ölkələri ilə əməkdaşlığı gücləndirmək istəyir

Aİ Qərbi Balkan ölkələri ilə əməkdaşlığı gücləndirmək istəyir
DÜNYA
12:38 14.12.2023
134
Avropa İttifaqı Şurasının sədri Şarl Mişel bəyan edib ki, Aİ Qərbi Balkan ölkələri ilə əməkdaşlığı gücləndirməyi hədəfləyirlər.

AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqı liderləri ilə Qərbi Balkan ölkələri Albaniya, Bosniya və Herseqovina, Monteneqro, Kosovo, Şimali Makedoniya və Serbiya liderlərinin bir araya gəldiyi Aİ-Qərbi Balkanlar Zirvə toplantısında, region ölkələrinin birliyə qoşulma prosesləri müzakirə edilib.

Axşam sammitdən sonra keçirilən mətbuat konfransında danışan Aİ Şurasının sədri Şarl Mişel deyib:

 "Qərbi Balkanlar Avropanın bir hissəsidir. Biz burada Qərbi Balkanlardakı altı ölkənin AB perspektivlərini təsdiqləmək və əməkdaşlığı gücləndirmək istəyirik”.

Qərbi Balkan ölkələrini Aİ-yə yaxınlaşdırmağı hədəflədiklərini vurğulayan Şarl Mişel ittifaqın həm ölkələr arasında əməkdaşlığı artıracaq, həm də regionu Aİ-yə yaxınlaşdıracaq bir strategiya qəbul etdiyini bildirib.

Ayşən
OXŞAR XƏBƏRLƏR