Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək

Aİ Ukraynaya dəstək üçün Əbu-Dabiyə nümayəndə heyəti göndərəcək
DÜNYA
15:55 09.11.2026
78

Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Avropa İttifaqının Ukraynaya dəstək məqsədilə Əbu-Dabiyə nümayəndə heyəti göndərəcəyini təsdiqləyib.

AZXEBER.COM xəbər verir ki, bu barədə von der Leyenin mətbuat xidmətinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığının yekunlarına dair məlumatında qeyd edilib.

"Biz, davam edən sülh səylərini və Əbu-Dabidəki danışıqları müzakirə etdik. Aİ tərəfdaşlarının yanında olacaq”, – deyə von der Leyen bildirib.

Avropa Komissiyası hələlik nümayəndə heyətinin tərkibi və səlahiyyətləri barədə məlumat verməyib.

OXŞAR XƏBƏRLƏR