AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
SİYASƏT
20:40 13.10.2026
209
Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

AZXEBER.COM xəbər verir ki, görüşdə Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyi çərçivəsində əldə olunan razılaşmalardan məmnunluq ifadə olunub. Qeyd edilib ki, regionda dayanıqlı sülh və sabitliyin təmin edilməsi yeni nəqliyyat-kommunikasiya imkanlarının yaranmasına, iqtisadi əlaqələrin genişlənməsinə və qarşılıqlı faydalı əməkdaşlığın dərinləşməsinə şərait yarada bilər.

Ceyhun Cəlilov Naxçıvanın Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən strateji əhəmiyyətli bölgə olduğunu vurğulayıb. Zəngəzur dəhlizi və bu çərçivədə həyata keçirilməsi nəzərdə tutulan TRIPP layihəsinin regional nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyətindən bəhs edib. Bildirilib ki, layihənin reallaşması Naxçıvanın Azərbaycanın digər əraziləri ilə quru nəqliyyat əlaqəsinin təmin olunmasına, eləcə də dəmir yolu xətti vasitəsilə Türkiyə ilə bağlantısının gücləndirilməsinə imkan yaradacaq. Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının bu nəqliyyat marşrutlarının fəaliyyətə başlaması və regional əhəmiyyətinin artması üçün yeni imkanlar açacağı qeyd olunub.
Görüşdə Naxçıvanın enerji potensialı və bərpaolunan enerji sahəsində həyata keçirilən layihələr də diqqət mərkəzində olub. Elektrik enerjisinin Türkiyəyə ixracı və daha geniş bazarlara çıxarılması imkanları vurğulanıb.

Kənd təsərrüfatının inkişafı, istehsalın artırılması, fermerlərə dövlət dəstəyinin göstərilməsi və subsidiyaların verilməsi istiqamətində görülən işlərdən də bəhs olunub. Bununla yanaşı, Naxçıvanın turizm potensialının reallaşdırılması, turizm sənayesinin inkişafı, metallurgiya sahəsində yeni istehsal imkanlarının yaradılması məsələləri müzakirə edilib. Sahibkarlara tətbiq olunan 10 illik vergi güzəştləri, investisiya mühitinin yaxşılaşdırılması və regionun gələcəkdə azad iqtisadi zonaya çevrilməsi istiqamətində görülən tədbirlər ətrafında fikir mübadiləsi aparılıb.

Sunniya Durrani-Camal nəzərdə tutulan layihələrin əhəmiyyətinə toxunaraq, Asiya İnkişaf Bankının onların maliyyələşdirilməsi üçün təqdim etdiyi imkanlar, o cümlədən güzəştli kreditlərin rolu barədə danışıb. Səfərin əhəmiyyətini vurğulayan bankın Azərbaycan üzrə direktoru Naxçıvanın nəqliyyat, enerji və iqtisadi potensialının inkişafı ilə bağlı təqdim olunan məlumatların əhəmiyyətini qeyd edib.

Görüşdə qarşıdakı illərdə Asiya İnkişaf Bankının iştirakı ilə həyata keçirilə biləcək layihələrin iqtisadi aspektləri və əməkdaşlığın inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb.
 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
22:23 13.10.2026
Tramp: ABŞ və Rusiya arasında dizel yanacağı üzrə razılaşma qlobal bazar üçün zəruridir
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
22:16 13.10.2026
İranda adam oğurluğu ilə məşğul olan dəstənin beş üzvü məhv edildi
Vitali Kliçko vəzifəsindən qovula bilər
22:07 13.10.2026
Vitali Kliçko vəzifəsindən qovula bilər
Paytaxtın bu yolları bağlı olacaq
21:56 13.10.2026
Paytaxtın bu yolları bağlı olacaq
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir
21:53 13.10.2026
"Sabah" - "Slaviya" ilə oyunda hesabı açıb - Canlı - Yenilənir
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
21:49 13.10.2026
Marsol Group ilə Kamboca Krallığının Turizm naziri arasında görüş keçirilib - FOTOLAR
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
21:30 13.10.2026
Tramp: Ərdoğan dostumdur, ondan Husilərə qarşı əməliyyatlara qoşulmasını istəyə bilərəm
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
21:22 13.10.2026
Elmir Mirzəyevdən hicab mübahisəsinə sərt reaksiya: “Uşaqları ideologiyaya girov etmək cinayətdir”
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
21:19 13.10.2026
Türkiyədə narkotik əməliyyatı - 31 nəfər saxlanıldı
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
21:14 13.10.2026
Belçikanın Rusiyadakı səfiri XİN-ə çağırılıb
Ukrayna ilə bağlı suala belə cavab verdi
21:08 13.10.2026
Ukrayna ilə bağlı suala belə cavab verdi
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
21:02 13.10.2026
Türkiyə və İranın xarici işlər nazirləri regional gərginliyi müzakirə ediblər
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
20:45 13.10.2026
Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
20:40 13.10.2026
AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
20:34 13.10.2026
Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib - FOTO
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı
20:30 13.10.2026
Rusiyada yapon jurnalist casusluqda şübhəli bilinərək saxlanıldı