Buna səbəb də Azərbaycan Boks Federasiyasının AIBA (Beynəlxalq Boks Assosiasiyası) ilə Azərbaycan boksçularının yarışı zamanı nəticələrin Azərbaycanı təmsil edən idmançının qalib gəlməsi üçün yarışı idarə edən hakimlərə rüşvət verildiyi haqqımda BBC-də yayımlanan məlumat olub.BBC-nin versiyasına görə, Azərbacan Boks Federasiyası bu məqsədlə AIBA-nın hesabına qeyri-qanuni olaraq 10 millyon dollar pul köçürüb.Boks təşkilatı da öz növbəsində təmsilçilərimizə iki qızıl medal "söz verib".
Bu sensassion məlumatı BBC Newsnight proqramı hələ ötən il açıqlamışdı..Lakin, o zaman aparılan araşdırma zamanı heç bir neqativ hal müəyyən edilməmişdi.
Bununla belə, qalmaqallı məlumat BBC Newslight-ın ötən həftə efirə gedən buraxılışında yenidən gündəmə gəlib. "Panorama" proqramının aparıcısı Anna Adams bir daha bu qalmaqallı məsələni qaldırıb.Onun fərziyyəsinə əsasən, idmançılarımızın bu cür çıxışı faktları bir daha təsdiq edir.
Azərbaycanın Gənclər və İdman Naziri Azad Rəhimovun sözlərinə görə, bu cür əsassız ittihamlar idmançılarımıza psixoloji təsir göstərmək və dünyada ölkəmiz haqqında mənfi rəy formalaşdırmaq məqsədi güdür.