Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" - VİDEO

Ailə qorxu içində: "Burada necə yaşadığımızı bir Allah bilir" - VİDEO
SOSİAL
00:46 16.09.2026
145
Lerikin ucqar dağ kəndi olan Bradinin sakini Qədir Qurbanovun ailəsi illərdir qəzalı vəziyyətə düşən evdə yaşayır.

Onun sözlərinə görə, ev 1970-ci ildə tikilib. 2012-ci ildə güclü külək nəticəsində damın uçmasından sonra yaşayış evi qəzalı vəziyyətə düşüb.

"Evimin qəzalı vəziyyətdə olmağı ilə bağlı aidiyyəti qurumlara illərdir müraciət edirəm. Amma səsimi eşidən yoxdur", - deyə şikayətçi bildirib.

Q.Qurbanov qeyd edib ki, ailənin maddi vəziyyəti ağırdır və təsərrüfatından da gəlir əldə edə bilmir.

Ailə başçısı bildirib ki, evin döşəməsi tamamilə çürüyüb. Bu səbəbdən evdə hərəkət etmək belə çətinləşib.

O vurğulayıb ki, döşəmədəki boşluqlardan gecələr ilanlar və digər sürünənlər evə daxil olur:

"Gecələr buradan ilanlar, sürünənlər evin içinə girir. Dəfələrlə olub ki, tez öldürüb çıxarmışıq. Burada necə yaşadığımızı bir Allah bilir".

OXŞAR XƏBƏRLƏR