Azərbaycanda tibbi müayinədən keçilməsini təsdiqləyən arayışı təqdim etməkdən imtina edən şəxslərin nikah bağlamasına yol verilməyəcək.AZXEBER.COM xəbər verir ki, Milli Məclisdən Trend-ə verilən məlumata görə, bu, “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsində qeyd edilib.Layihəyə əsasən, nikah bağlamaq istəyənlər ərizə ilə yanaşı, müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş və onların tibbi müayinədən kecdiklərini təsdiq edən arayışı da təqdim etməlidirlər.