Ailəsi Prezident İlham Əliyevi necə təbrik etdi?

Ailəsi Prezident İlham Əliyevi necə təbrik etdi?
Bütün Xəbərlər
15:38 25.12.2011
3548
 Heydər Əliyev Fondunun Prezident İlham Əliyevin 50 illik yubileyi ilə bağlı hazırladığı “XXI əsrin salnaməsi” adlı sənədli film Azərbaycan Televiziyası ilə nümayiş olunub. AZXEBER.COM-un AzərTAc-a istinadən verdiyi məlumata görə, layihənin rəhbəri Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, ideya müəllifi isə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevadır. Sergey Şanoviçin rejissorluğu ilə çəkilmiş film Mehriban Əliyevanın bu fikirləri ilə başlayır: “Nadir şəxsiyyətlər haqqında danışmaq xüsusən də onların doğma və əziz adamlarına çox çətindir. Adətən insanlar haqlı olaraq deyirlər ki, görkəmli şəxsiyyətin əsl qiymətini zaman və tarix özü verəcək. Lakin tarixi yaddaş üçün son dərəcə vacibdir ki, belə şəxsiyyətlər haqqında onları yaxşı tanıyan insanlar öz fikirlərini söyləsinlər, öz düşüncələrini paylaşsınlar. Məhz buna görə mən bu gün Azərbaycan Prezidenti İlham Əliyev haqqında bir neçə kəlmə söz söyləmək və onun ad gününü təbrik etmək istəyirəm”. Prezident İlham Əliyevin övladları, orta məktəb müəllimləri, tanınmış ictimai-siyasi xadimlər, ziyalılar dövlətimizin başçısı haqqında fikirlərini söyləyir, ona xoş arzularını çatdırırlar. Dövlət başçısının həyat və fəaliyyətinin müxtəlif dövrlərinin əks olunduğu filmdə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirdiyi vurğulanır. Filmdə Azərbaycan Prezidentinin ölkəmizdə iqtisadiyyatın, mədəniyyətin, səhiyyənin, təhsilin, idmanın inkişafı, milli mənəvi dəyərlərin qorunması, ordu quruculuğu, əhalinin sosial rifahının yaxşılaşdırılması, regionların müasirləşdirilməsi istiqamətində, xarici siyasətdəki mühüm xidmətlərindən bəhs olunur. Dövlət başçısının portretini tamamlayan ştrixlərdən danışarkən ailə üzvləri onun yüksək intellekti, peşəkarlığı, əzmkarlığı, insana və insanlığın qələbəsinə inamını xüsusi qeyd edirlər. Filmdə vurğulanır ki, Azərbaycan xalqının müdrikliyinə və istedadına inam Prezident İlham Əliyevin qəlbində hər zaman olub və olacaq. Elə buna görə də o, qarşısına qoyduğu hər bir məqsədə, arzuya çata bilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
00:04 28.05.2025
Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd olunur
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
23:41 27.05.2025
Dövlət Departamenti: Yaxın vaxtlarda ABŞ-İran danışıqlarının növbəti raundu baş tutacaq
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
23:24 27.05.2025
Bakıda iş adamı Naxçıvan sakininin üstünə maşın sürərək yaralayıb - Hadisənin TƏFƏRRÜATI
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
23:16 27.05.2025
ABŞ vətəndaşlarını bu ölkəyə getməməyə çağırdı
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
22:58 27.05.2025
Almaniya XİN rəhbəri: Avropa Rusiyaya qarşı sanksiyaları sərtləşdirməyə davam edəcək
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
22:51 27.05.2025
Prezident Laçın səfərindən görüntülər paylaşdı - VİDEO
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
22:34 27.05.2025
Xarici tələbələrin ABŞ-də təhsil alması sərtləşdirilir
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
22:23 27.05.2025
Minifutbol üzrə Azərbaycan millisi dünya çempionatının 1/4 mərhələsinə yüksəlib
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
22:14 27.05.2025
Litva Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
21:54 27.05.2025
İstanbuldan Tbilisiyə uçan təyyarə Bakı aeroportuna məcburi eniş edib
Məhkəmə Hüseynlə bağlı qərar verdi
21:38 27.05.2025
Məhkəmə Hüseynlə bağlı qərar verdi
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
21:29 27.05.2025
Polşa Prezidenti: Azərbaycan ilə bir çox sahələrdə əməkdaşlığı dərinləşdirmək istəyirik
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
21:18 27.05.2025
Ruben Vardanyanın məhkəməsində onlarla zərərçəkmiş şəxs ifadə verib
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
21:13 27.05.2025
"Yaşasın Pakistan-Azərbaycan dostluğu!" - Şahbaz Şərif
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
21:09 27.05.2025
Macarıstanın Prezidenti İlham Əliyevi təbrik edib
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib
21:03 27.05.2025
Gürcüstanın Baş naziri Prezident İlham Əliyevi təbrik edib